“Real”ın keçmiş futbolçusu "Bayer"ə keçdi
26 avqust 2025 11:32 (UTC +04:00)

“Real”ın keçmiş futbolçusu "Bayer"ə keçdi

“Real” keçmiş futbolçusu Lukas Vaskes karyerasını Almaniyada davam etdirəcək.

Lent.az xəbər verir ki, ispaniyalı oyunçu “Bayer”lə müqavilə imzalayacaq. Tərəflər arasında artıq razılıq əldə olunub. Futbolçu Leverkuzen klubuna azad agent qismində keçəcək. O, gizli şəkildə tibbi müayinədən keçib və transferin bu gün açıqlanacağı gözlənilir.

Xatırladaq ki, bu yay futbolçu “Real”dan ayrılıb. O, Madrid klubunda 2007-ci ildən çıxış edib və ümumilikdə 402 oyun keçirib. Bu müddət ərzində 23 titul qazanıb: beş dəfə Çempionlar Liqasının qalibi, beş dəfə Klub Dünya Çempionu, dörd dəfə UEFA Superkuboku sahibi, dörd dəfə İspaniya çempionu, dörd dəfə İspaniya Superkubokunu qazanıb və bir dəfə də İspaniya Kubokunun qalibi olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 462

Oxşar yazılar