Yaşayış binasında yanğın oldu, 12 nəfər...
08 sentyabr 2021 09:03 (UTC +04:00)

Yaşayış binasında yanğın oldu, 12 nəfər...

Sumqayıtda çoxmərtəbəli binada yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, Sumqayıt şəhərində çoxmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində ümumi sahəsi 70 m² olan mənzilin mətbəxində 1 ədəd soyuducu, 2 p.m mebel və lambirindən ibarət tavan 5 m² sahədə yanıb. Yanğın zamanı tüstülənən mənzillərdən 12 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

# 1032
avatar

Mehman Nəbiyev

Oxşar yazılar