Yekaterinburqda azərbaycanlıların məhkəməsi  başlayır
26 yanvar 2026 13:17 (UTC +04:00)

Yekaterinburqda azərbaycanlıların məhkəməsi başlayır

0

Bu gün Yekaterinburqda azərbaycanlı diaspor nümayəndələrinin məhkəmə prosesi başlayır. 

Lent.az Rusiya KİV-ə istinadla xəbər verir ki, onlar biznesdə təsir dairələrinin yenidən bölüşdürülməsi uğrunda həmvətənlərinə qarşı bir sıra cinayətlərdə, o cümlədən qətllər və qətl cəhdlərində ittiham olunurlar.

2025-ci ilin yayında hüquq-mühafizə orqanları genişmiqyaslı saxlanılmalar həyata keçirib və nəticədə səkkiz nəfər həbs edilib. Onların arasında Səfərov qardaşları - Mazahir, Akif, Ayaz, Bakir, Kamal, həmçinin Əhliman Gənciyev, Şahin Lalayev və Əziz Abasov da var. 

Cinayət işi 2025-ci ilin dekabrında məhkəməyə göndərilib. Dinləmələr bu gün Sverdlovsk Vilayət Məhkəməsində başlayacaq.

Qeyd edək ki, Akif Səfərovun rəhbəri olduğu “Kaspi” kafesinin sökülməsi barədə qərar şəhər administrasiyası tərəfindən qəbul edilib.

Xatırladaq ki, bu ilin iyun ayında Rusiya hüquq-mühafizə orqanları Yekaterinburqdakı azərbaycanlılara qarşı əməliyyat keçirib. Əməliyyat zamanı güc tətbiq olunub və nəticədə iki azərbaycanlı Ziyəddin və Hüseyn Səfərov qardaşları aldıqları xəsarətlərdən həyatını itiriblər. Digər Səfərovlar və bir neçə həmyerlimiz məhkəmənin qərarı ilə həbs olunublar.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 304

Oxşar yazılar