Rusiya ordusunun gecə hücumu nəticəsində Kiyev vilayətində 4 nəfər öldü.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, ölənlərin ikisi uşaqdır.
Kiyev vilayət qubernatoru Nikolay Kalaşnik Telegram kanalında bildirib ki, Kiyev vilayətinə yönələn gecə saatlarındakı Rusiya hücumu nəticəsində 4 nəfər həlak olub, onların arasında iki uşaq da var.
Məlumatda deyilir ki, Rusiya tərəfinin hücumu nəticəsində 1987-ci il təvəllüdlü gənc qadın, altı aylıq körpə və 12 yaşlı qız Brovar rayonu Poqrebi kəndində ölüb. Onların cəsədləri fərdi evdə baş verən yanğın yerində tapılıb”.