Yevlaxda kafedə PARTLAYIŞ:  sahibi yaralandı - YENİLƏNİB
25 fevral 2026 12:02 (UTC +04:00)

Yevlaxda kafedə PARTLAYIŞ: sahibi yaralandı - YENİLƏNİB

0

Yevlaxda partlayışda yaranan şəxs ölməyib.

TƏBİB-dən Lent.az-a bildirilib ki, dünən saat 17:30 radələrində 1969-cu il təvəllüdlü şəxs (kişi) Yevlax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. 

Bədənin II dərəcəli termiki yanığı diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti ağır qiymətləndirilən şəxs daha ixtisaslı tibbi xidmət almaq üçün Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunub.

Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzində müalicəsi davam etdirilən şəxsin vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

***

saat 11:07

Yevlaxda partlayışda yaralanan kafenin sahibi ölüb.

Lent.az "qafqazinfo"ya istinadən xəbər verir ki, 1969-cu il təvəllüdlü Ruslan Şirin oğlu Sadıqov aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

***

saat 09:00

Yevlaxda kafedə partlayış olub.

Lent.az-ın məlumatına görə, hadisə Aran qəsəbəsində qeydə alınıb.

Kafenin içərisində olan maye-qaz balon partlayıb.

Nəticədə obyektin sahibi 57 yaşlı Yevlax rayon sakini Sadıqov Ruslan Şirin oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Yevlax rayon prokurorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 858

Oxşar yazılar