Naxçıvanda içində 10 minə  yaxın pul olan "Mpay" aparatı  oğurlandı
25 fevral 2026 10:05 (UTC +04:00)

Naxçıvanda içində 10 minə yaxın pul olan "Mpay" aparatı oğurlandı

0

Babək rayonunda yerləşən mağazaların birinin qarşısından içərisində 9503 manat olan “Mpay” ödəmə terminalının oğurlanması barədə polisə məlumat daxil olub. 

Lent.az xəbər verir ki, rayon polis idarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 33 yaşlı İsmayıl  Babayev müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla məlum olub ki, şübhəli əvvəlcədən mağazanın fəaliyyəti və təhlükəsizlik şəraitini müşahidə edərək, insanların olmadığı vaxt aralığından istifadə edərək oğurluq əməlini həyata keçirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 296

Oxşar yazılar