SON DƏQİQƏ:   F-16 qırıcısı qəzaya uğradı, pilot şəhid oldu - VİDEO
25 fevral 2026 04:40 (UTC +04:00)

SON DƏQİQƏ: F-16 qırıcısı qəzaya uğradı, pilot şəhid oldu - VİDEO

0

Türkiyənin Balıkeris şəhərində Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcı təyyarəsi qəzaya uğrayıb.

Lent.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə yerli vaxtlar gecə saat 00:56-da Balıkesirdən havaya qalxan F-16 təyyarələrindən biri radardan itib və ppilotla əlaqə saxlamaq mümkün olmayıb.

Dərhal başlanan axtarış-xilasetmə əməliyyatları nəticəsində təyyarənin qəzaya uğradığı müəyyən edilərək qalıqları tapılıb.

Pilotun şəhid olduğu bildirilir. Qəzanın səbəbi qəza araşdırma qrupu tərəfindən aparılacaq araşdırmalar nəticəsində müəyyən ediləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 333

Oxşar yazılar