Yevlaxda minik maşını aşdı, sürücü...
26 aprel 2021 15:24 (UTC +04:00)

Yevlaxda minik maşını aşdı, sürücü...

Yevlaxda minik maşını aşıb.

Lent.az-ın məlumatına görə, hadisə şəhər ərazisində köhnə nəqliyyat körpüsü yaxınlığında baş verib. 31 yaşlı Hüseynov Mətləb Haqverdi oğlunun idarə etdiyi “Priora” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov

# 1917
avatar

Oxşar yazılar