Bakıda qətl törədən saxlanılıb.
Lent.az-ın əldə etdiyi məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 2005-ci il təvəllüdlü Zahir Soltanov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
***
15:40
Bakıda qətl hadisəsi olub.
Lent.az-ın məlumatına görə, hadisə bu gün Sabunçu rayonu Zabrat qəsəbəsində qeydə alınıb.
29 yaşlı Piriyev İkram Rəhim oğlu küt alətlə vurularaq, qətlə yetirilib.
Faktla bağlı araşdırma aparılır.