Meşədə itən oğlan tapıldı - VİDEO
09 avqust 2025 12:02 (UTC +04:00)

Meşədə itən oğlan tapıldı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şabran rayonu, Zeyvə kəndində meşəlik ərazidə 1 nəfərin itkin düşməsi barədə məlumat daxil olub.

FHN-dən Lent.az-a verilən məluma görə, dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin və Şimal Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub.

Xilasedicilər tərəfindən aparılan axtarış-xilasetmə işləri nəticəsində vətəndaş, 1987-ci il təvəllüdlü Atakişiyev Zamin Səxavət oğlu sağ vəziyyətdə tapılaraq aidiyyəti üzrə təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 646

Oxşar yazılar