Diş fırçasını islatmaq olmaz - MARAQLI SƏBƏB
09 avqust 2025 10:20 (UTC +04:00)

Diş fırçasını islatmaq olmaz - MARAQLI SƏBƏB

Dişləri fırçalamazdan əvvəl diş fırçasını islatmaq lazımdırmı? Bu, illərdir insanların arasında fikir ayrılığı yaradan suallardandır.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, bəziləri üçün bu, adi bir vərdişdir, digərləri isə bunun heç bir mənası olmadığını düşünür.

Bəs əslində doğru üsul hansıdır və bu, doğrudan da önəm daşıyırmı?

Dişləri necə fırçalamaq lazımdır?

Britaniyalı həkim Najel Karter hesab edir ki, ən effektiv üsul  diş fırçasını ümumiyyətlə islatmadan, quru halda istifadə etmək və üzərinə noxud böyüklüyündə diş pastası qoymaqdır. Onun fikrincə, su fırçanın tüklərini yumşaldır və bu da təmizləyici effekti zəiflədir.

Karter həmçinin fırçanı 45 dərəcə bucaq altında tutmağı məsləhət görür. Bu, diş ətlərinin xəttindəki bakteriya və qida qalıqlarını daha yaxşı təmizləməyə kömək edir.

Britaniya Stomatoloji Assosiasiyasının elmi məsləhətçisi, professor Damiən Uolmsli isə qeyd edir ki, əsas olan dişləri gündə iki dəfə fırçalamaqdır. Əgər isladılmış diş fırçası sizə daha rahatdırsa, elə də davam edin. Amma əgər mümkündürsə, həkim Karterin tövsiyəsinə uyğun olaraq quru fırçadan istifadə etməyə üstünlük verin.

Dişləri fırçaladıqdan sonra ağzı yaxalamaq olmaz

Böyük Britaniyanın Milli Səhiyyə Xidməti (NHS) bu barədə çox aydın və sərt tövsiyə verir: “Dişləri fırçaladıqdan sonra ağızdakı pastanı tüpürün, lakin su ilə yaxalamayın. Çünki su pastanın tərkibində olan və dişləri kariyesdən qoruyan floru (flüoru) yuyub aparır. Eyni şey ağız yaxalama vasitələrinə də aiddir".

Effektiv diş təmizliyi üçün əsas qaydalar:

Diş pastasını quru fırçaya çəkin, noxud boyda pasta istifadə edin, dişləri 45 dərəcə bucaqla fırçalayın, fırçalama bitdikdən sonra ağzınızı su və ya yaxalayıcı ilə dərhal yuyub durulamayın. Diş pastasının flor tərkibini yoxlayın: uşaqlar üçün 1000 ppm, böyüklər üçün isə minimum 1350 ppm olmalıdır (əgər diş həkimi başqa cür tövsiyə etməyibsə).

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 502

Oxşar yazılar