Bu gün saat 08 radələrində İsmayıllı rayonunun Qurbanəfəndi kəndi ərazisində “Toyota” və “VAZ-21011” markalı avtomobillər toqquşub.
Nəticədə “Toyota”da olan sərnişin, 34 yaşlı Aydan Vüsət qızı aldığı xəsarətlərdən xəstəxanada ölüb.
DİN-in mətbuat xidmətinin regional qrupundan Lent.az-a bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.