Zaqatala dağlarında gənc oğlan itkin düşdü
17 may 2026 23:17 (UTC +04:00)

Zaqatala dağlarında gənc oğlan itkin düşdü

0

Bakı sakini Böyük Qafqaz dağlarının Zaqatalada rayonu ərazisindən keçən hissəsində  itkin düşüb. 

Lent.az xəbər verir ki, əslən Zəngilan rayonu Veynəli kəndindən olan, Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü  Ələsgər Əfrahim oglu Hüseynli mayın 15-də Zaqatala rayonu ərazisində yerləşən, yüksək dağlıq ərazi olan Honzoqor yaylağına qalxıb. Onun həmin ərazidə itkin düşdüyü bildirilir.

Bu gün səhər saatlarında Ə.Hüseynli Bakı şəhərində yaşayan atasına mobil telefon vasitəsi ilə yolunu azdığını yazıb. Daha sonra ona zəng çatmayıb. 

Hadisə barədə polisə məlumat verilib. 

Hazırda onun axtarışları davam etdirilir.

 

Vüqar Heydərov

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2772

Oxşar yazılar