Mövlud Çavuşoğlunun qardaşı vəfat etdi
17 may 2026 18:34 (UTC +04:00)

Mövlud Çavuşoğlunun qardaşı vəfat etdi

0

Türkiyənin keçmiş xarici işlər naziri və AKP Antalya millət vəkili Mövlud Çavuşoğlunun qardaşı Aydın Çavuşoğlu vəfat edib.

Cumhuriyet-in məlumatına görə, 12 gün əvvəl ofisində ağır yaralı halda tapılan Aydın Çavuşoğlu reanimasiyada həyat uğrunda mübarizə aparırdı, lakin onu xilas etmək olmayıb.

Qeyd edək ki, Aydın Çavuşoğlu özünə məxsus yanacaqdoldurma məntəqəsinin ofisində silahla ağır yaralı vəziyyətdə tapılmışdı.

Hadisədən sonra Alanya Respublika Baş Prokurorluğu iki prokurorun araşdırmaya cəlb edildiyini və mövcud sübutlara əsasən hadisədə “üçüncü şəxsin iştirakının müəyyən edilmədiyini” açıqlamışdı.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 220

Oxşar yazılar