Meksika nümayəndəsi: WUF13-ü yüksək səviyyədə təşkil etdiyinə görə Azərbaycana təşəkkür edirik
17 may 2026 12:07 (UTC +04:00)

Meksika nümayəndəsi: WUF13-ü yüksək səviyyədə təşkil etdiyinə görə Azərbaycana təşəkkür edirik

0

Azərbaycana WUF13-ü yüksək səviyyədə təşkil etdiyinə görə Meksika höküməti adından təşəkkür edirəm.

Lent.az APA-ya istinadən xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində nazirlərin toplantısı zamanı Meksika nümayəndəsi deyib.

O qeyd edib ki, forum çərçivəsində irəli sürülən təşəbbüs və təkliflərin gələcəkdə reallaşdırılacağına əmindir.

O bildirib ki, inklüzivlik və insanların qərarvermə proseslərində mərkəzi şəkildə təmsil olunması dayanıqlı inkişafın əsas amillərindən biridir.

O vurğulayıb ki, “heç kəsi geridə qoymamaq” prinsipi bu istiqamətdə əsas yanaşma olmalıdır.

Meksika təmsilçisi mənzil hüququnun dövlət siyasətində prioritet yer tutmasının vacibliyini də vurğulayıb:

“Bu gün beynəlxalq müzakirələr mənzil hüququna iki fərqli yanaşmanı əks etdirir. Birinci yanaşma mənzili fundamental insan hüququ kimi qəbul edir və dövlətlərin bu hüququ təmin etmək məsuliyyətini daşıdığını nəzərdə tutur”.


O əlavə edib ki, struktur bərabərsizliklər insanların hüquq və imkanlara çıxışını məhdudlaşdırmamalıdır və dövlət siyasəti məhz bu maneələrin aradan qaldırılmasına yönəlməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 178

Oxşar yazılar