Bu rayona qar yağdı - GÜNÜN HAVASI
17 may 2026 11:47 (UTC +04:00)

Bu rayona qar yağdı - GÜNÜN HAVASI

0

Mayın 17-si saat 10:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, mayın 17-si saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində arabir yağış yağır, şimşək çaxır. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclüdür. Şahdağda isə qar yağır.

Qarın hündürlüyü Şahdağda 5 sm-dir.

Hazırda Bakıda və Abşeron yarımadasında intensiv yağış yağır. Düşən yağıntının miqdarı 40-55 mm qeydə alınıb ki, bu da aylıq normanın 203-279 %-ni təşkil edir.

Respublikanın rayonlarında düşən yağıntının miqdarı: Lerikdə 48 (aylıq normanın 67%-i), Lənkəranda 45 (aylıq normanın 98%-i), Yardımlıda 39 (aylıq normanın 63 %-i), Sabirabadda 39 (aylıq normanın 117 %-i), Cəlilabadda 26 (aylıq normanın 64%-i), Kürdəmirdə 25 (aylıq normanın 66%-i), Biləsuvarda 24 (aylıq normanın 75%-i), Qəbələdə 23, Sarıbaşda (Qax) 22, Şahdağda 17, Astarada 16, Beyləqanda 15, Gədəbəy, Altıağac, Şahbuzda 14, Şamaxı, Oğuzda 13, Neftçala, İmişli, Qrızda 12, Quba, Göyçayda 11, Qusar, İsmayıllı, Daşkəsəndə 7, Naxçıvan, Culfada 6, Zərdab, Xaçmaz, Şirvan, Şabranda 5, Naftalanda 4, Kişçay (Şəki), Qobustan, Ağdam, Ordubadda 3, Balakən, Zaqatala, Gəncədə 2, Şərur, Göygöl, Şəmkir, Tovuz, Ağstafa, Tərtər, Bərdə, Mingəçevir, Goranboyda 1 mm-dir.

Mayın 16-da saat 19:37-19:43 radələrində Qubadlı rayonunun Qəzyan və Mahrızlı kəndlərinə diametri 11 mm, Ağsu şəhərinə isə diametri 3 mm olan dolu düşüb.

Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraitinin mayın 17-si gün ərzində davam edəcəyi gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 204

Oxşar yazılar