Prezident qızıl medalçılarımızı təbrik etdi
12 avqust 2012 12:27 (UTC +04:00)

Prezident qızıl medalçılarımızı təbrik etdi

0
Azərbaycan prezidenti İlham Əliyev XXX London Yay Olimpiya Oyunlarının qızıl medalını qazanmış sərbəst güləşçilər Toğrul Əsgərov və Şərif Şərifovu, həmçinin onların məşqçilər Saypulla Absaidovu və Firdovsi Umudovu təbrik edib.

APA-nın Prezidentin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, dövlət başçısı onların Azərbaycanın idman şərəfini layiqincə qoruyaraq əldə etdikləri böyük nailiyyəti yüksək qiymətləndirib, idmançılara və onların məşqçilərinə yeni qələbələr arzulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3964

Oxşar yazılar