”Xəzər Lənkəran”da daha 3 debütant
19 sentyabr 2012 12:22 (UTC +04:00)

”Xəzər Lənkəran”da daha 3 debütant

Azərbaycan Premyer Liqasında V turun “Neftçi” ilə oyunu 3 futbolçunun “Xəzər Lənkəran”da debütü ilə əlamətdar olub. Lent.az-ın məlumatına görə, braziliyalı Andre Roberto Soares da Silva (Beto), Vanderson Skarduelli və yunanıstanlı Dimitrios Sialmas ilk dəfə “ağ-yaşıl” formada rəsmi matça çıxıblar.

Hər üç oyunçu qarşılaşmanın ikinci yarısında “Böyük oyun”a daxil olub. Əvvəl Beto, ardınca Sialmas meydana çıxıb. Sonuncu klub tarixinə 150-ci futbolçu kimi düşüb. Matçın sonlarında daha bir braziliyalının debüt etməsi ilə bu rəqəm 151-ə çatıb. Bunlardan 59-u azərbaycanlı, 92-si legionerdir. Bu matçadək 89 legionerə güvənən “Xəzər Lənkəran”ın 90-cı əcnəbisi “Beto” olub. O və həmyerlisi cənub klubunda oynamış braziliyalıların ümumi sayını 12-yə çatdırıb. Sialmas isə “Xəzər Lənkəran”ın ilk yunanıstanlısı olub.

Bunadək 32 ölkədən olan oyunçular Lənkəran komandasında çıxış etmişdi. Yunanıstan bu siyahıya 33-cü ölkə kimi düşüb: Rumıniya – 18, Braziliya – 12, Türkiyə - 9, Serbiya – 7, Belarus - 5, Bolqarıstan, Portuqaliya – hərəsi 4, Albaniya, Gürcüstan, Kolumbiya, Litva, Rusiya, Kosta-Rika, Mali – hərəsi 2, Çexiya, Estoniya, Fransa, Honduras, İsveç, Kot d İvuar, Moldova, Nigeriya, Qana, Slovakiya, Argentina, Latviya, Syerra-Leone, Qvineya, Ukrayna, Sloveniya, İspaniya, Xorvatiya, Yunanıstan – hərəyə 1.

Qeyd edək ki, mövsümün arxada qalan hissəsində daha 4 futbolçu “Xəzər Lənkəran”da debüt edib. Buna nail olan Ruslan Abışovun debütü Avropa Liqasına, Orxan Sadıqlı, Ağabala Ramazanov və Kamran Abdullazadənin isə Premyer Liqanın ilk turuna təsadüf edib.
# 1202

Oxşar yazılar

Konfrans Liqasında yarımfinal oyunları  keçirildi

Konfrans Liqasında yarımfinal oyunları keçirildi

3 may 2024 , 01:18
Avropa Liqası: "Bayer 04" klubu "Roma"nı məğlub etdi

Avropa Liqası: "Bayer 04" klubu "Roma"nı məğlub etdi

3 may 2024 , 01:06
"Mən aqressiv şahmatçıyam" - Ülviyyə Fətəliyeva

"Mən aqressiv şahmatçıyam" - Ülviyyə Fətəliyeva

2 may 2024 , 22:53
Messi  sərvət xərclədi:   Görün nə aldı

Messi sərvət xərclədi: Görün nə aldı

2 may 2024 , 19:45
Tuxel Çempionlar Liqasını qazansa belə,  “Bavariya”dan gedəcək

Tuxel Çempionlar Liqasını qazansa belə, “Bavariya”dan gedəcək

2 may 2024 , 18:39
Maradonanın ölümü ilə bağlı YENİ FAKT

Maradonanın ölümü ilə bağlı YENİ FAKT

2 may 2024 , 17:33
PSJ "Borussiya" stadionunu Mbappesiz tərk edib

PSJ "Borussiya" stadionunu Mbappesiz tərk edib

2 may 2024 , 14:54
Qadın futbolçular arasında DAVA:  7-si yaralandı

Qadın futbolçular arasında DAVA: 7-si yaralandı

2 may 2024 , 13:15