Olimpiya oyunlarına həsr olunmuş elmi konfrans
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, tədbirdə giriş sözü ilə çıxış edən ADBTİA-nın rektoru professor Ağacan Abiyev Azərbaycanda, digər sahələrdə olduğu kimi, idmanda da yüksək sürət və inkişafın baş verdiyini qeyd edib və Olimpiya ilində belə bir tədbirin keçirilməsinin böyük əhəmiyyətini vurğulayıb.
Konfransda çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə İdman ilində, MOK-un 20 illik yubileyi ərəfəsində keçirilən konfransın mühüm əhəmiyyət daşıdığını bildirib.
Almaniya İdman Universitetinin professoru Manfred Lammer «Qədim Olimpiya oyunları və müasir Olimpiya ideyaları», AzDBTİA-nın rektoru Ağacan Abiyev «Pyer de Kuberten Olimpizmi» mövzusunda çıxış ediblər.
Konfrans öz işini ayrı-ayrı bölmələrdə davam etdirib. Bölmə iclaslarında «Olimpiya oyunlarına hazırlığın nəzəriyyəsi və metodikasında innovasiyaların tətbiqi», «Müasir Olimpiya oyunlarının e. ə. keçirilən Olimpiya oyunları ilə müqayisəli təhlili», «Müasir Olimpiya hərəkatının fəlsəfi aspektləri və gənclərin olimpiya təhsili kütləvi idman hərəkatının inkişafının əsas istiqamətidir», «Bədən tərbiyəsi və idman insan orqanizminin funksional sistemdə hormonik inkişafın və stressin sabitləşdirilməsində əsas vasitədir» kimi mövzular ətrafında məruzə və çıxışlar dinlənilib.
Konfrans öz işini bu gün yekunlaşdıracaq.

Oxşar yazılar

“Bavariya” “Leyptsiq”i darmadağın etdi
23 avqust 2025 , 02:48
Azərbaycan güləşçisi erməni rəqibinə qalib gələrək, dünya çempionu oldu
22 avqust 2025 , 19:50
Qadın futbolu tarixində ən bahalı TRANSFER
22 avqust 2025 , 19:09
“Çelsi”nin müdafiəçisi bu kluba keçdi
22 avqust 2025 , 18:11
Mourinyo onun dahi məşqçi olmasına kömək edən futbolçunun adını çəkdi
22 avqust 2025 , 16:14
Dünyanın ən seksual voleybolçusu yeni FOTOLARI ilə pərəstişkarlarını sevindirdi
22 avqust 2025 , 12:06
Hər qol üçün 20 milyon: "Mançester Yunayted”in ən uğursuz hücumçularının adı AÇIQLANDI
22 avqust 2025 , 10:08