Çempionlar Liqası: Joze Mourinyo keçmiş komandasına qarşı
Bu gün keçiriləcək daha 2 oyunla futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk görüşlərinə yekun vurulacaq.
Lent.az-ın məlumatına görə, Rusiya MOİK-i “Lujniki” arenasında İspaniyanın “Sevilya” komandasını, İtaliya “İnter”i “Cüzeppe Meatsa” stadionunda İngiltərənin “Çelsi” klubunu qəbul edəcək.
21:30. MOİK (Rusiya) - "Sevilya" (İspaniya)
Baş hakim: Feliks Brıx (Almaniya)
MOİK-in Çempionlar Liqasının pley-off mərhələsində debütü məhz “Sevilya” ilə oyuna təsadüf edəcək. İlk dəfə 1992-1993-cü il mövsümündə Avropanın ən nüfuzlu klub turnirinin qrup mərhələsinə qatılan MOİK sonradan daha 3 dəfə pley-offa vəsiqə qazanmağa çalışıb. Yalnız 4-cü cəhddə “hərbçilər” buna nail ola bilib.
“Sevilya” isə son iki mövsümdə Çempionlar Liqasında özünü ən yaxşı tərəfdən göstərib. İspaniya təmsilçisi qrup mərhələsində yalnız 1 dəfə uduzub. Bu da artıq komandanın növbəti mərhələyə yüksəldiyi məlum olandan sonra “Unirya” (Rumıniya) ilə görüşə təsadüf edib – 0:1. Çempionlar Liqasında keçirdiyi son 14 görüşdə əndəlüslər cəmi 3 məğlubiyyətə düçar olub. Bunların hamısı səfər oyunlarına təsadüf edib.
23:45. "İnter" (İtaliya) - "Çelsi" (İngiltərə)
Baş hakim: Manuel Mehuto Qonsales (İspaniya)
“Çelsi”nin baş məşqçisi olduğu vaxt Joze Mourinyo Çempionlar Liqasının yarımfinalında 2 dəfə məğlubiyyətə uğrayıb. Hazırda “İnter”ə rəhbərlik edən portuqaliyalı mütəxəssis sabiq komandası ilə görüşəcək. “Çelsi”də keçirdiyi 3 mövsüm ərzində o, qitənin ən nüfuzlu turnirin qalibi ola bilməyib. Halbuki Mourinyo Portuqaliyanın “Portu” klubuna rəhbərlik etdiyi vaxt – 2004-cü ildə Çempionlar Liqasını qazanıb. “İnter” də bu yarışın baş mükafatına sahib çıxmağa heç vaxt müvəffəq olmayıb.
Joze Mourinyonun rəqib həmkarı Karlo Ançelotti isə artıq “Çelsi”nin baş məşqçisi kimi İtaliyanın Milan şəhərinə qayıdacaq. O, 8 mövsüm “İnter”in prinsipial rəqibi “Milan”a rəhbərlik edib. Bu müddətdə Ançelotti “rossonyerlər”ə 2 dəfə - 2002-2003 və 2006-2007-ci il mövsümlərində Çempionlar Liqasını qazandırıb.
Qrup mərhələsində “İnter” cəmi 2 qələbə qazanıb və 9 xalla “Barselona”dan sonra 2-ci yeri tutub. “Çelsi” isə 14 xalla qrup lideri kimi 1/8 finala çıxıb. Çempionlar Liqasında əvvəlki 3 mövsüm ərzində “İnter” pley-off mərhələsinin ilkin raundunu dəf edə bilməyib. Son 2 halda “qara-göylər”i İngiltərə klubları məyus edib.
Qeyd edək ki, 1/8 final mərhələsinin ilk görüşlərindən 6-sı artıq yekunlaşıb:
“Milan” (İtaliya) - “Mançester Yunayted” (İngiltərə) – 2:3
“Lion” (Fransa) – “Real” (İspaniya) – 1:0
“Bavariya” (Almaniya) – “Fiorentina” (İtaliya) – 2:1
“Portu” (Portuqaliya) – “Arsenal” (İngiltərə) – 2:1.
“Ştutqart” (Almaniya) – “Barselona” (İspaniya) – 1:1
"Olimpiakos" (Yunanıstan) - "Bordo" (Fransa) – 0:1.

Oxşar yazılar

PSJ finalda “İnter”ə rəqib oldu
8 may 2025 , 01:01
Sözümü tutacam və Çempionlar Liqasının kubokunu Barselonaya gətirəcəyəm - Yamal
7 may 2025 , 19:46
"Barselona" Çempionlar Liqasında 12 il sonra 7 qol buraxdı
7 may 2025 , 11:02
Səudiyyə nəhəngindən “Mançester Yunayted”in lideri üçün rekord məbləğ
7 may 2025 , 09:37
“İnter” “Barselona”nı məğlub edib finala çıxdı
7 may 2025 , 01:43
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı
6 may 2025 , 20:52
Joze Mourinyoya Rusiyadan DƏVƏT: “Gəlməyə hazırdır”
6 may 2025 , 19:46