İngiltərə səfiri “Neftçi”nin “Everton”a keçəcək futbolçusunu qonaq çağırdı
İngiltərə və ABŞ-ın futbol üzrə milli komandaları dünya çempionatları tarixində 60 ildən sonra yenidən üz-üzə gəlib.
Lent.az-ın məlumatına görə, bu münasibətlə Böyük Britaniyanın Azərbaycandakı səfirliyində tədbir keçirilib. Tədbirdə ölkəmizdəki diplomatik korpusların nümayəndələri, o cümlədən ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Donald Lu, həmçinin futbol klublarının təmsilçiləri iştirak ediblər. Dəvətlilər arasında "Neftçi" futbol klubunun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Elnur Əşrəfoğlu və komandanın yarımmüdafiəçisi Araz Abdullayev də olub.
İngiltərə - ABŞ matçından öncə Elnur Əşrəfoğlu Böyük Britaniyanın Azərbaycandakı səfiri, xanım Karolin Brauna “Neftçi” PFK-nın prezidenti Sadıq Sadıqovun salamını çatdırıb və səfirlik tərəfindən kluba göstərilən diqqətə görə minnətdarlığını bildirib. Daha sonra Əşrəfoğlu Araz Abdullayevin flaqmanda geyindiyi 17 nömrəli futbolkanı səfirə bağışlayıb. Öz növbəsində xanım Karolin Braun “Neftçi”yə gələcək yarışlarda uğurlar arzulayıb. O, Araz Abdullayevin İngiltərə Premyer Liqasında “Everton”un heyətində nailiyyət qazanacağına inandığını vurğulayıb. “Everton”un tarixi klub olduğunu bildirən xanım Karolin Braun deyib ki, “Neftçi”nin yarımmüdafiəçisinin İngiltərə klubuna keçidi Azərbaycan futbolunun inkişafına bariz nümunədir.
Ardından tədbir iştirakçıları İngiltərə - ABŞ oyununu izləyiblər. Tədbir boyu xanım Karolin Braun Araz Abdullayevin futbolkasında olub.
Qeyd edək ki, Abdullayev yaxın günlərdə İngiltərəyə yollanaraq, “Everton”da tibbi müayinədən keçəcək. Tibbi müayinənin nəticələri uğurlu olacağı təqdirdə, futbolçumuz Liverpul klubunun heyətində Avstraliyada keçiriləcək mövsümlərarası ilk təlim-məşq toplanışına gedəcək.

Oxşar yazılar

Çempionlar Liqası: “Qarabağ”ın II təsnifat mərhələsindəki rəqibi kim olacaq?
17 iyul 2025 , 02:35
Futbolda penalti vurulması qaydası dəyişdirilir?
16 iyul 2025 , 22:48
Forma sponsorluq gəlirlərinə görə ən yaxşı 10 klub - SİYAHI
16 iyul 2025 , 19:20
Dünyanın ən kasıb ölkəsi "Barselona"nın sponsoru oldu
16 iyul 2025 , 18:27
"Barselona"nın transfer pəncərəsi bağlanana qədər dörd problemi var, çünki...
16 iyul 2025 , 16:47
Ronaldoya yalnız seçilmiş oyunlarda oynamaq icazəsi verildi
16 iyul 2025 , 14:50
6 futbolçu "Mançester Siti"ni tərk edir
16 iyul 2025 , 12:24