“Neftçi” daha bir futbolçu transfer etdi
“Neftçi” klubu Makedoniya milli komandasının yarımmüdafiəçisi Slavko Georgievskinin ardından daha bir futbolçunun transferini rəsmiləşdirib.
Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, flaqman Braziliyanın “Qremio” Prudente komandasının formasını geyinən müdafiəçi Denis Silva ilə müqavilə bağlayıb.
Klubun inzibati binasında baş tutan mərasimdə futbolçuya “Neftçi”nin prezidenti Sadıq Sadıqov 3 nömrəli formanı təqdim edib. Sadıqov “sambaçı”nın transferi ilə bağlı fikirlərini bildirib: “Klubumuzun yeni mövsümdə iddialı olması üçün var gücümüzlə çalışırıq. Başda AFFA prezidenti Rövnəq Abdullayev olmaqla son zamanlar bu qurum tərəfindən futbolumuzun inkişafı üçün görülən işlər göz qabağındadır. Yeni mövsümdə Azərbaycanın ən köklü komandası olan “Neftçi”nin Unibank Premyer Liqasında yalnız bir hədəfi var - çempionluq. Denis Silvanın bu hədəfə çatmaq üçün bizə faydalı olacağına inanırıq”.
Denis Silva da “Neftçi”yə keçidi ilə bağlı müsbət fikirlər səsləndirib: “Son mövsümü Braziliya çempionatında iştirak etmişəm. Vətənimi Azərbaycanın ən öndə gələn klubu olan “Neftçi” üçün tərk etdim. Mən meydana çıxdığım bütün görüşlərdə var gücümlə mübarizə aparıram. “Neftçi” kimi iddialı kluba transfer olunduğum üçün çox sevinirəm”.

Oxşar yazılar

Çempionlar Liqası: “Qarabağ”ın II təsnifat mərhələsindəki rəqibi kim olacaq?
17 iyul 2025 , 02:35
Futbolda penalti vurulması qaydası dəyişdirilir?
16 iyul 2025 , 22:48
Forma sponsorluq gəlirlərinə görə ən yaxşı 10 klub - SİYAHI
16 iyul 2025 , 19:20
Dünyanın ən kasıb ölkəsi "Barselona"nın sponsoru oldu
16 iyul 2025 , 18:27
"Barselona"nın transfer pəncərəsi bağlanana qədər dörd problemi var, çünki...
16 iyul 2025 , 16:47
Ronaldoya yalnız seçilmiş oyunlarda oynamaq icazəsi verildi
16 iyul 2025 , 14:50
6 futbolçu "Mançester Siti"ni tərk edir
16 iyul 2025 , 12:24