Kanoeçi duetimiz Dünya Kubokunun III mərhələsində gümüş medal qazandı
0
0
İyunun 4-də Almaniyanın Duysburq şəhərində kayak və kanoe qayıqlarında avarçəkmə üzrə Dünya Kubokunun III mərhələsi start götürüb.
Lent.az-ın məlumatına görə, 40 ölkənin qatıldığı nüfuzlu turnirdə Azərbaycanı 3 kişi kanoeçi təmsil edir. Andrey Kraytor 1 nəfərlik, Sergey Bezuqlıy – Maksim Prokopenko dueti isə 2 nəfərlik qayıqla mübarizə aparır.
Yarışın ilk günündə 200 metr məsafəyə yürüşün qalib və mükafatçıları, eləcə də 1000 metr məsafəyə yürüşdə seçmə mərhələni dəf etməyi bacaran avarçəkənlər müəyyənləşib. 200 metr məsafəyə yürüşdə Sergey Bezuqlıy - Maksim Prokopenko dueti seçmə mərhələni I pillədə tamamlayaraq, birbaşa əsas finala yüksəlib. Həlledici yürüşdə bu cütlük 38 saniyə 909 mikrosaniyə nəticə ilə gümüş medal qazanıb. Andrey Kraytor isə bu məsafəni seçmə mərhələdə 4-cü pillədə başa vurub və yarımfinala çıxıb. Növbəti mərhələdə o, 9 iştirakçı arasında 8-ci olub və əsas finala vəsiqə qazana bilməyib. B finalında mübarizə aparan Kraytor yekun nəticədə 25 iştirakçı arasında 15-ci yerlə kifayətlənib.
Bezuqlıy – Prokopenko duetinin 1000 metr məsafəyə seçmə yürüşdə də startı uğurlu alınıb. Seçmə mərhələdə 2-ci yeri tutan azərbaycanlı cütlük birbaşa əsas finala yüksəlib. Bu gün kanoeçi duetimiz Bakı vaxtı ilə saat 18:15-də əsas final yürüşünə qatılacaq.
Qeyd edək ki, Andrey Kraytor və Sergey Bezuqlıy – Maksim Prokopenko dueti iyunun 6-da 500 metr məsafəyə yürüşdə də qüvvələrini sınayacaqlar.