Dunqa Braziliya yığmasından getdi
Futbol üzrə Braziliya milli komandasının baş məşqçisi Karlos Dunqa dünya çempionatının ¼ finalında Hollandiya yığmasına 1:2 hesablı məğlubiyyətin ardından postundan getdiyini açıqlayıb.
Lent.az-ın məlumatına görə, oyunsonrası mətbuat konfransında Dunqa mundialın sonunadək yığmada işləmək niyyətindən vaz keçdiyini bildirib.
46 yaşlı mütəxəssis üzləşdikləri uğursuzluğa dözməyin çətin olduğunu və məğlubiyyətə heç vaxt hazır olmadığını söyləyib.
Qeyd edək ki, Karlos Dunqa 2006-cı il dünya çempionatından sonra baş məşqçi postundan istefa verən Karlos Alberto Parreyranı əvəzləyib. Dunqanın rəhbərliyi altında 5 qat dünya çempionları Amerika Kubokunu (2007) və Konfederasiyalar Kubokunu (2009) qazanıb, Cənubi Amerika zonasında seçmə mərhələnin qalibi olub. Cari mundialda isə G qrupunda yer alan Braziliya KXDR-ə 2:1, Fildişi Sahilinə 3:1 hesabı ilə qalib gəlib, Portuqaliya ilə heç-heçə edib – 1:1. 1/8 finalda “pentakampeonlar” Çilini 3:0 hesabı ilə darmadağın etsə də, 2006-cı il dünya çempionatında olduğu kimi, ¼ finalda uduzaraq, mübarizəni dayandırıb.

Oxşar yazılar

Çempionlar Liqası: “Qarabağ”ın II təsnifat mərhələsindəki rəqibi kim olacaq?
17 iyul 2025 , 02:35
Futbolda penalti vurulması qaydası dəyişdirilir?
16 iyul 2025 , 22:48
Forma sponsorluq gəlirlərinə görə ən yaxşı 10 klub - SİYAHI
16 iyul 2025 , 19:20
Dünyanın ən kasıb ölkəsi "Barselona"nın sponsoru oldu
16 iyul 2025 , 18:27
"Barselona"nın transfer pəncərəsi bağlanana qədər dörd problemi var, çünki...
16 iyul 2025 , 16:47
Ronaldoya yalnız seçilmiş oyunlarda oynamaq icazəsi verildi
16 iyul 2025 , 14:50
6 futbolçu "Mançester Siti"ni tərk edir
16 iyul 2025 , 12:24