Azərbaycanlı olimpiya çempionuna mayor rütbəsi verildi
Cüdo üzrə Olimpiya çempionu Nazim Hüseynova gömrük mayoru rütbəsi verilib.
Lent.az-ın məlumatına görə, rütbəni ona gənclər və idman naziri Azad Rəhimov Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş mərasimdə təqdim edib. Tədbir Bakıdakı “Yaxt Klub”da keçirilib.
Hazırda N.Hüseynov Bakı Baş Gömrük İdarəsində çalışır.
Qeyd edək ki, N.Hüseynov Azərbaycan tarixinə ölkə müstəqillik qazandıqdan sonra ilk olimpiya qızılı qazanan idmançı kimi düşüb. O, 1992-ci ildə Barselonada keçirilən Yay Olimpiya Oyunlarında MDB-yə daxil olan ölkələrin yığma komandasının tərkibində iştirak edib və cüdo üzrə olimpiya çempionu adını qazanıb.
Elşən

Oxşar yazılar

Klublararası dünya çempionatı həmişəlik ləğv ediləcək: nə məlumdur?
3 iyul 2025 , 19:20
"Qəbələ" Futbol Akademiyası fəaliyyətini dayandırdı
3 iyul 2025 , 17:38
Luçesku yayda Rumıniya millisinin baş məşqçisi postundan gedəcək
3 iyul 2025 , 14:48
"Liverpul"un 28 yaşlı futbolçusu yol qəzasında öldü
3 iyul 2025 , 12:24
Suaresin "İnter Mayami"dəki gələcəyi müəyyənləşdi
3 iyul 2025 , 12:18
"Hazır ol, “Barselona” və bütün dünya" - Yamal görün nə deyir
3 iyul 2025 , 10:11
Azərbaycan güləşçisi Avropa çempionu oldu
3 iyul 2025 , 04:19