Foqts: “İlqar Qurbanov belə şoularını Türkiyədə göstərsin”
24 mart 2009 11:00 (UTC +04:00)

Foqts: “İlqar Qurbanov belə şoularını Türkiyədə göstərsin”

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Rusiya yığması ilə martın 28-də keçiriləcək 2010-cu il dünya çempionatının seçmə qrup matçı öncəsi daha bir açıq məşq təşkil edib.

Lent.az-ın məlumatına görə, bu gün “Şəfa” stadionunda keçirilən məşq öncəsi almaniyalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.
Foqts Moskvadakı “Lujniki” stadionunda keçiriləcək oyuna 4 gün qalmış komandamızın hazırlıq səviyyəsindən razılıqla danışıb. Onun fikrincə, futbolçularımız var gücü ilə məşq edirlər. Baş məşqçi Zaur Tağızadə, İlqar Qurbanov və Aleksandr Çertoqanovun Rusiya ilə oyuna aparılmamasının səbəblərini açıqlayıb: “Təəssüf ki, Tağızadə uzun müddət davam edən zədədən sonra hələ bərpa olunmayıb. Lakin gələcəkdə onun xidmətlərinə ciddi ehtiyac duyacağımı düşünürəm. Çertoqanov isə yenicə aldığı zədə üzündən Moskvaya gedə bilməyəcək. O, komandamın aparıcı oyunçularından biridir. Aleksandrın yoxluğu yığmamız üçün böyük itkidir”.
İlqar Qurbanovun fiziki baxımdan yığmada oynamağa hazır olmadığını deyən Foqts Türkiyənin “Boluspor” klubunda çıxış edən yarımmüdafiəçinin nizam-intizama da əməl etmədiyini vurğulayıb: “İlqar 1000 metrlik məsafəni 5 dəqiqəyə qaça bilmirsə, mən nə etməliyəm? Ümumiyyətlə, “Makdonalds”da hamburgerlə nahar edən futbolçu mənim nəyimə lazımdır. Qoy, belə şoularını gedib Türkiyədə göstərsin. Nə qədər ki, mən buradayam, Qurbanov komandamda olmayacaq”.
62 yaşlı mütəxəssis əsas qapıçı Kamran Ağayevin zədə üzündən Rusiyaya qarşı forma geyinməyəcəyini də açıqlayıb. O, bildirib ki, qarşıdakı görüşdə komandamızın qapısını Fərhad Vəliyev qoruyacaq. Digər oyunçulara gəldikdə, Foqts start heyəti müəyyənləşdirdiyini desə də, açıqlamaqdan imtina edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1436

Oxşar yazılar

“Liverpul” onu "Real"a satmadı

“Liverpul” onu "Real"a satmadı

15 may 2025 , 12:34
"Arsenal" bu hücumçu üçün bu qədər ödəməyə  hazırdır

"Arsenal" bu hücumçu üçün bu qədər ödəməyə hazırdır

15 may 2025 , 09:37
“Real”dan əzmkar qələbə

“Real”dan əzmkar qələbə

15 may 2025 , 03:00
İtaliya Kubokunun qalibi  "Bolonya" oldu

İtaliya Kubokunun qalibi "Bolonya" oldu

15 may 2025 , 02:01
“Qalatasaray” Türkiyə kubokunun qalibi oldu

“Qalatasaray” Türkiyə kubokunun qalibi oldu

14 may 2025 , 23:47
“Neftçi” məğlub oldu - “Sabah” ÇEMPİON

“Neftçi” məğlub oldu - “Sabah” ÇEMPİON

14 may 2025 , 22:00
Mourinyo ingilis ulduzu  "Fənərbağça"ya gətirmək niyyətindədir

Mourinyo ingilis ulduzu "Fənərbağça"ya gətirmək niyyətindədir

14 may 2025 , 19:46
Haaland yayda "Mançester Siti"ni tərk edə bilər

Haaland yayda "Mançester Siti"ni tərk edə bilər

14 may 2025 , 18:46