Azərbaycan olimpiada keçirməkdən imtina etdi
Bu haqda Lent.az-a Azərbaycan Şahmat Federasiyasının (AŞF) vitse-prezidenti Mahir Məmmədov məlumat verib.
Onun sözlərinə görə, bir müddət öncə FİDE-dən belə bir təklif alıblar. Lakin ali şahmat qurumuna müsbət cavab verilməyib. Məmmədov AŞF-nin belə reaksiyasını olimpiada təşkil edən ölkəyə digər böyük yarışların da həvalə olunması ilə əlaqələndirib: “FİDE istəyir ki, olimpiada təşkil edən ölkə bir sıra beynəlxalq yarışlara da ev sahibliyi etsin. Amma bizim belə bir fikrimiz yoxdur”.
2011-ci ildə keçiriləcək şahmat tacına iddiaçıların turniri məhz Ermənistan təmsilçisi Levon Aronyanın ölkəmizə gəlməkdən imtinası ilə əlaqədar Bakıdan alınaraq, Rusiyanın Kazan şəhərinə verilib. Lakin AŞF rəsmisi FİDE-nin olimpiada təklifindən imtina etmələrində siyasi amillərin rolunu inkar edib. Məmmədov bildirib ki, 2016-cı və 2018-ci il olimpiadalarına namizədliklərini irəli sürüb-sürməyəcəklərinə dair hələ qərar verməyiblər.
Qeyd edək ki, 2014-cü il XXX Ümumdünya Şahmat Olimpiadasına Bolqarıstanın Albena və Norveçin Tromse şəhərləri iddialıdır. Yekun qərar 29 sentyabr – 2 oktyabrda Rusiyanın Xantı-Mansiysk şəhərində keçiriləcək FİDE-nin Baş Assambleyasında veriləcək.
Elşən Məmmədov

Oxşar yazılar

"Fənərbağça" ingilis futbolçunu aldı
12 iyul 2025 , 18:54
Messi "Barselona"da oynayacaq
12 iyul 2025 , 13:56
“Bayer” 23 yaşlı amerikalı futbolçunu aldı
12 iyul 2025 , 13:02
Model "Çelsi"nin yeni futbolçusunu atıb getdi -FOTOLENT
12 iyul 2025 , 09:56
Orkun Kökçünün "Beşiktaş"a transferi rəsmiləşdi
12 iyul 2025 , 00:05
PSJ “Liverpul”u qabaqladı: planetin ən yaxşı futbol komandaları reytinqində
11 iyul 2025 , 19:46
Heç vaxt belə şey olmayıb: O komandaya keçmək üçün sevgilisindən ayrıldı
11 iyul 2025 , 19:06