Şok açıqlama: “Bakı”nın yeni transferləri tibbi müayinədən keçməyib
“Mən “Bakı”nın hazırkı çıxışını biabırçılıq kimi dəyərləndirirəm. Klubun tərkibində 3 komandalıq futbolçu var. Amma “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik Kuboku”nda, UEFA Kubokundan sonra Unibank Premyer Liqasında da biabırçı çıxış edirlər”. Bu fikirləri Lent.az-a açıqlamasında “Bakı” klubunun sabiq vitse-prezidenti Nail Əliyev deyib.
Onun sözlərinə görə, uğursuz nəticələrlə əlaqədar futbolçular, məşqçilər və transferləri həyata keçirən klub rəsmiləri tam tərkibdə “Bakı”dan qovulmalıdırlar. Əliyev yayda alınan legionerlərin bəzilərinin tibbi müayinədən keçirilmədiyini də vurğulayıb: “Joel Epalleni yüz faiz tibbi müayinədən keçirməyiblər. Belə olmasaydı, “Bakı”ya gələndən az sonra Almaniyaya əməliyyat olunmağa yollanmazdı. Digər legionerləri də tibbi müayinədən keçirməyiblər”.
Sabiq klub rəsmisi, həmçinin UEFA Kubokunun II təsnifat mərhələsində “Bakı”nın 0:3 hesablı texniki məğlubiyyət üzündən Çernoqoriyanın “Buduçnost” komandasına uduzmasına münasibət bildirib: “Buduçnost”un cəmi 800 min avro büdcəsi var. Halbuki təkcə “Bakı”nın kamerunlu legioneri Joel Epallenin qiyməti elə bu qədərdir. “Bakı” öz meydançasında “Buduçnost”a 5, səfərdə isə 3 qol vurmalı idi”.
Əliyevin fikrincə, klub rəhbərliyi uğursuz çıxışın səbəblərini araşdırmalı, cavabdeh şəxslərdən izahat istənilməlidir.
Qeyd edək ki, “Bakı” Unibank Premyer Liqasında I dövrəni 12 xalla 8-ci pillədə başa vurub.
Elşən MƏMMƏDOV

Oxşar yazılar

"Barselona" səfərdə qələbə qazandı
24 avqust 2025 , 02:32
"Fənərbağça" evdə qələbə qazandı
24 avqust 2025 , 00:47
40 milyonluq futbolçunu ərəblərə 70 milyona satırlar
23 avqust 2025 , 18:04
Tomas Müller kimin daha yaxşı olduğunu söylədi – Messi, yoxsa Ronaldo: karyerası illərində seçimini dəyişib
23 avqust 2025 , 14:16
7 min metrlik zirvədən düşə bilməyən alpinist dünyasını dəyişdi
23 avqust 2025 , 12:25
"Barselona" və "Real" çox gəncləşib. La Liqada orta yaşı ən aşağı olan hansı komandadır?
23 avqust 2025 , 09:40
“Bavariya” “Leyptsiq”i darmadağın etdi
23 avqust 2025 , 02:48