“Bakı” klubu sabiq vitse-prezidentinə cavab verdi
Lent.az-ın məlumatına görə, klubun rəsmi saytında yerləşdirilən açıqlamada son günlər “Bakı”nın və komandanın üzvü Joel Epallenin işgüzar fəaliyyətini şübhə altına salmağa yönələn qeyri-dəqiq məlumatların yayıldığı bəyan edilib.
Bununla əlaqədar “Bakı” klubu bildirir ki, mətbuatda Joel Epallenin komandaya zədəli halda transfer olunması barədə yayılan xəbərlər həqiqətə uyğun deyil: “Epalle “Bakı”ya 2010-cu ilin iyulunda transfer olunub və komandamızın 26 iyun - 09 iyul tarixlərində Bittburqda (Almaniya) keçirdiyi təlim-məşq toplantısında iştirak edib. Epalle iyulun 6-da “Bakı”nın Lüksemburq çempionu “Jenes Eş” klubu ilə keçirdiyi yoldaşlıq oyununda zədələnib. Bu zədə professor L.Roslavski tərəfindən qeydə alınıb və zədənin səbəbi kimi ayağa endirilən zərbə göstərilib. Joel Epalle 28 sentyabrda Arzt för Chirurgie/ Unfallchirurgie Durchgangsarzt klinikasında əməliyyat olunub. Futbolçumuzu müalicə edən alman professor L. Roslavski klubumuza Joel Epallenin zədəsi, müvəffəqiyyətli əməliyyatı və bərpa prosesi ilə bağlı ətraflı raport təqdim edib”.
“Bakı” Epalle ilə bağlı bütün məsələlərə aydınlıq gətirilməsini arzulayır, dəqiqləşdirilməmiş xəbərlərin yayılmasından narahatlığını ifadə edir. Futbolçunun paytaxtın eyniadlı komandasına keçidi, onun zədələnməsi barədə daha ətraflı məlumat əldə etmək istəyində olan ictimaiyyət və media nümayəndələrinin müraciəti əsasında rəsmi sənədlərlə ətraflı izahat veriləcək.
Qeyd edək ki, Joel Epallenin “Bakı”ya transfer olarkən, tibbi müayinədən keçirilmədiyi barədə açıqlamanı klubun sabiq vitse-prezidenti Nail Əliyev deyib. Əliyev nəinki Epallenin, hətta yayda alınan legionerlərin bir çoxunun həkim müayinəsindən keçirilmədiyini iddia edib. Onun fikrincə, kluba zədəli halda gələn kamerunlu legionerə 800 min avro xərclənib.

Oxşar yazılar

"Düşünürəm ki, bu oğlan xüsusidir" - Toni Kroos Yamal haqqında DANIŞDI
10 iyul 2025 , 11:48
“Tottenhem”in azarkeşi Keyni qoluna döymə etdirdi, lakin...
10 iyul 2025 , 09:52
Mbappe və Kriştiano “Qızıl top”a əsas namizəd haqqında eyni fikirdədirlər
9 iyul 2025 , 18:21
Karlo Ançelottinin oğlu karyerasında ilk dəfə baş məşqçi oldu
9 iyul 2025 , 17:10
Boksçu döyüşdə uduzduqdan bir neçə saat sonra öldü
9 iyul 2025 , 14:15
"Real"ın təyyarəsi saatlarla aeroporta enə bilmədi
9 iyul 2025 , 10:58
Hələ avqust ayı deyil, klublar artıq yüz milyonlar xərcləyirlər: Transfer bazarına kim rəhbərlik edir?
9 iyul 2025 , 09:39