“Bakı” Çempionlar Liqası ilə vidalaşdı
06 avqust 2009 10:15 (UTC +04:00)

“Bakı” Çempionlar Liqası ilə vidalaşdı

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşlərinə yekun vurulub.

Lent.az-ın məlumatına görə, ikiqat Azərbaycan çempionu “Bakı” Bolqarıstanın “Levski” komandasına uduzaraq, qitənin ən nüfuzlu klub turnirində mübarizəni dayandırıb.

Avqustun 5-də Sofiya şəhərindəki Georgi Asparuxov adına stadionda keçirilən qarşılaşmada meydan sahibləri 2:0 hesabı ilə qalib gəliblər. Olduqca zəif təsir bağışlayan komandamızı Xristo Yovov (dəq. 64) və Georgi Xristov (dəq. 80) cəzalandırıb. İlk matçda 0:0 hesablı heç-heçə qeydə alındığından, iki oyunun nəticəsinə əsasən, “Levski” ÇL-in pley-off mərhələsinə yüksəlib. “Bakı” isə mübarizəni Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək.

İkinci oyun günündə başa çatan qarşılaşmalardan sonra “Ventspils” (Latviya), “Debretsen” (Macarıstan), “Timişoara” (Rumıniya), “Şerif” (Moldova), “Apoel” (Kipr), “Olimpiakos” (Yunanıstan), “Sürix” (İsveçrə), “Kopenhagen” (Danimarka) və “Seltik” (Şotlandiya) komandaları da ÇL-də mübarizəni davam etdirmək hüququ qazanıblar.

BATE (Belarus) – “Ventspils” (Latviya) – 2:1
İlk oyun – 0:1

“Debretsen” (Macarıstan) – “Levadiya” (Estoniya) – 1:0
İlk oyun – 1:0

“Timişoara” (Rumıniya) – “Şaxtyor” (Ukrayna) – 0:0
İlk oyun – 2:2

“Slaviya” (Çexiya) – “Şerif” (Moldova) – 1:1
İlk oyun – 0:0

“Partizan” (Serbiya) – “Apoel” (Kipr) – 1:0
İlk oyun – 0:2

“Olimpiakos” (Yunanıstan) – “Slovan” (Slovakiya) – 2:0
İlk oyun – 2:0

“Maribor” (Xorvatiya) – “Sürix” (İsveçrə) – 0:3
İlk oyun – 3:2

“Stabek” (Norveç) – “Kopenhagen” (Danimarka) – 0:0
İlk oyun – 1:3

“Dinamo” (Moskva, Rusiya) – “Seltik” (Şotlandiya) – 0:2
İlk oyun – 1:0

Qeyd edək ki, ilk oyun günündə “Anderlext” (Belçika), “Makkabi” (Hayfa, İsrail), “Panatinaikos” (Yunanıstan), “Zalsburq” (Avstriya) və “Sportinq” (Portuqaliya) da ÇL-in pley-off mərhələsinə vəsiqə qazanıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 905

Oxşar yazılar

Oyun zamanı baş məşqçi huşunu itirdi

Oyun zamanı baş məşqçi huşunu itirdi

3 may 2025 , 16:56
Alonsonu  o əvəzləyəcək

Alonsonu o əvəzləyəcək

3 may 2025 , 15:04
Azərbaycan türklərinin mübarizlik  SİMVOLU - ÇEMPİON "Traktor"

Azərbaycan türklərinin mübarizlik SİMVOLU - ÇEMPİON "Traktor"

3 may 2025 , 10:45
"Hiyləgər plan"  uğursuz oldu: keçmiş sevgilisi Lamin Yamaldan pul istədi,  amma...

"Hiyləgər plan" uğursuz oldu: keçmiş sevgilisi Lamin Yamaldan pul istədi, amma...

3 may 2025 , 09:50
"Traktor" İran çempionu  oldu: İLK DƏFƏ

"Traktor" İran çempionu oldu: İLK DƏFƏ

2 may 2025 , 22:12
 Qərarı qətidir:   “Mançester Siti”dən ayrılacaq

Qərarı qətidir: “Mançester Siti”dən ayrılacaq

2 may 2025 , 19:46
“Milan”ın baş məşqçi postuna  7 namizəd - SİYAHI

“Milan”ın baş məşqçi postuna 7 namizəd - SİYAHI

2 may 2025 , 17:57
1 il əvvəl gəlmişdi, "Bavariya"dan gedir

1 il əvvəl gəlmişdi, "Bavariya"dan gedir

2 may 2025 , 14:27