Abramoviç Mübariz Mənsimovun sözünü yerə saldı
Türkiyənin “Beşiktaş” klubu İngiltərənin “Çelsi” komandasının futbolçusu Dekunun transferində israrlıdır.
Lent.az-ın “Sabah” qəzetinə istinadən verdiyi məlumata görə, azərbaycanlı iş adamı, İstanbul klubunun idarə heyətinin üzvü Mübariz Mənsimov bu məqsədlə “Çelsi”nin sahibi Roman Abramoviçlə görüşüb.
“Xəzər-Lənkəran” klubunun sahibi Abramoviçdən Dekunun transferinə yardımçı olmasını xahiş edib. Lakin rusiyalı milyarder bu məsələnin həllinin futbolçunun özü və komandanın baş məşqçisi Karlo Ançelottidən asılı olduğunu bildirib: “Mən kömək edəcəyimə söz vermirəm”.
32 yaşlı pleymekerin satışı üçün “Çelsi” rəhbərliyi 8 milyon avro istəyir. Karlo Ançelotti isə növbəti mövsümdə Dekunu əsas heyətdə oynatmaq fikrində deyil. Portuqaliyalı futbolçunun London klubunda illik əmək haqqı 4,5 milyon avrodur. Lakin vergilər çıxıldıqdan sonra onun əlinə 2,5 milyon avro çatır. “Beşiktaş” isə Dekudan ötrü ildə 3,5 milyon avro təklif edib.

Oxşar yazılar

Dortmund "Burrusiya"sından darmadağın, "Bavariya"dan heç-heçə
3 may 2025 , 23:59
“Cimbom” addım-addım çempionluğa
3 may 2025 , 22:28
Oyun zamanı baş məşqçi huşunu itirdi
3 may 2025 , 16:56
Alonsonu o əvəzləyəcək
3 may 2025 , 15:04
Azərbaycan türklərinin mübarizlik SİMVOLU - ÇEMPİON "Traktor"
3 may 2025 , 10:45
"Hiyləgər plan" uğursuz oldu: keçmiş sevgilisi Lamin Yamaldan pul istədi, amma...
3 may 2025 , 09:50
"Traktor" İran çempionu oldu: İLK DƏFƏ
2 may 2025 , 22:12