Milli komandanın hər futbolçusuna 80 litr pivə vəd olundu
Çexiyalı pivə istehsalçısı Stanislav Bernard 2010-cu il dünya çempionatının seçmə qrup matçında Sloveniya millisi üzərində qələbə qarşılığında Slovakiya yığmasının hər bir futbolçusuna 80 litr pivə vəd edib.
Lent.az-ın Çexiyanın “Sport” qəzetinə istinadən verdiyi məlumata görə, Slovakiya sakini il ərzində orta hesabla məhz bu qədər pivə içir.
Slovakiya – Sloveniya qarşılaşması oktyabrın 10-da keçiriləcək. Bernard qonşu ölkə yığmasının bu görüşü qələbə ilə başa vuracağına və Çexiyanın dünya çempionatının final mərhələsinə vəsiqə şanslarını yüksəldəcəyinə inandığını bildirib.
3-cü seçmə qrupda yer alan Slovakiya 8 turdan sonra 19 xalla 1-ci yerdə qərarlaşıb. İkinci pillədə gedən Sloveniyanın 14 xalı var. Çexiya isə 12 xalla Şimali İrlandiyadan sonra 4-cü yeri tutur. Birinci yerin sahibi kimi Cənubi Afrika Respublikasında keçiriləcək final mərhələsinə birbaşa vəsiqə qazanmaq üçün Slovakiyaya Polşa və Sloveniya ilə qarşıdakı oyunlarda cəmi 2 xal da kifayətdir. İkinci pillənin sahibi bu hüquqa yiyələnməkdən ötrü pley-off səddini də adlamalıdır. Qrupda qalan pillələrin sahibləri isə növbəti mərhələyə yüksəlmək şansını itirirlər.

Oxşar yazılar

"Barselona" Çempionlar Liqasında 12 il sonra 7 qol buraxdı
7 may 2025 , 11:02
Səudiyyə nəhəngindən “Mançester Yunayted”in lideri üçün rekord məbləğ
7 may 2025 , 09:37
“İnter” “Barselona”nı məğlub edib finala çıxdı
7 may 2025 , 01:43
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı
6 may 2025 , 20:52
Joze Mourinyoya Rusiyadan DƏVƏT: “Gəlməyə hazırdır”
6 may 2025 , 19:46
Aleks Ferqyuson bütün zamanların ən yaxşı futbolçusunu AÇIQLADI
6 may 2025 , 18:52
Porno aktrisadan "İnter"in ulduzuna ŞOK İTTİHAM
6 may 2025 , 15:06