“Bakı çox xoşumuza gəldi”
İndi bütün diqqətimiz pley-of mərhələsinin oyunlarına yönəlib. Onu deyə bilərəm ki, altılıqda zəif rəqib yoxdur. Ona görə də bütün oyunlar önəmlidir”.
Lent.az-ın məlumatına görə, bu fikirləri “Bakı”nın futbolçusu Ruslan Leviqa klubun rəsmi saytına açıqlayıb. “Bakı”ya qış fasiləsində cəlb olunan ukraynalı hücumçu martın 13-də Unibank Premyer Liqasının final mərhələsi çərçivəsində “Neftçi” ilə keçirəcəkləri görüş haqda da danışıb. Onun fikrincə, çempionatın lideri olan flaqmanla qarşılaşma çətin olacaq. Lakin Leviqa bu oyuna ciddi hazırlaşdıqlarını və meydançaya yalnız qələbə üçün çıxacaqlarını söyləyib.
28 yaşlı forvard “Bakı”dakı durumundan razılıq ifadə edərək, komanda yoldaşları ilə münasibətlərim qaydasında olduğunu vurğulayıb. O, gündən-günə komandaya daha çox uyğunlaşdığını bildirib.
Leviqa Bakı şəhəri və eyniadlı klub barədə də fikirlərini açıqlayıb: “Bakı çox gözəl şəhərdir. Bir həftə əvvəl ailəmlə şəhəri gəzməyə çıxmışdıq. Şəhəri dolaşdıq, İçəri Şəhərdə, dənizkənarı milli parkda gəzdik. Bakı çox xoşumuza gəldi. Bakıda yaşamaq və eyniadlı klubda futbol oynamaq üçün hər bir şərait yaradılıb. Gözəl baza və stadionlar tikilib. Mən öz növbəmdə əlimdən gələni etməyə hazıram ki, həm etimadı doğruldum, həm də azarkeşlərimizi sevindirək”.

Oxşar yazılar

“Qalatasaray”da ayrılıq
8 iyul 2025 , 23:32
Di Mariya 18 ildən sonra “Rosario Sentral”a qayıtdı
8 iyul 2025 , 17:06
Meksikalı 16 yaşlı istedad Pele və Yamalın rekordunu qırdı
8 iyul 2025 , 15:23
"Mançester Yunayted"in futbolçusu Mbappe ilə sevişməkdə şübhəli bilinən qızla görüşür
8 iyul 2025 , 12:54
Hansı oyunçunun forması “Real”a həftədə 32 min avro qazandırır? Mbappe və ya Vinisius deyil
8 iyul 2025 , 09:39
Messi Ronaldo ilə səs-küylü görüşə hazırlaşır: danışıqlar aparılır
7 iyul 2025 , 19:20
Müller “Bavariya”dan ayrıldı, Messinin yanına gedə bilər
7 iyul 2025 , 18:50