Azərbaycan yığmasına bolqarıstanlı və ukraynalı legionerlər cəlb olunub
Bu haqda Lent.az-a yığmamızın baş məşqçisi Yanko Rusev məlumat verib.
Onun sözlərinə görə, həmin idmançılar bolqarıstanlı Valentin Xristovla ukraynalı Yuliya Dovqaldır. Xristov 56 kq, Dovqal isə 75 kq-dan yuxarı çəkidə çıxış edəcək. Artıq ukraynalıya milli pasport da alınıb. Bolqarıstanlının da vətəndaşlığını dəyişmə məsələsi rəsmiləşsə, o da Dovqalla birgə aprelin 11-də Rusiyanın Kazan şəhərində start götürəcək böyüklər arasında Avropa çempionatında iştirak edəcək.
Hələlik kişilərdən Elmar Alıyev (56 kq), Sərdar Həsənov (69 kq), Namiq Cəmilov (85 kq), qadınlardan isə Silviya Angelova (48 kq), Səbinə Rzayeva (69 kq) və Rumyana Petkovanın (75 kq) qarşıdakı yarışda iştirakı dəqiqdir.
Qeyd edək ki, Azərbaycan tarixində ilk dəfə qadınlar ölkəmizi Avropa çempionatında 4 çəki dərəcəsində təmsil edəcəklər.
Elşən MƏMMƏDOV

Oxşar yazılar

Con Duran "Fənərbaxça"da!
6 iyul 2025 , 22:30
Parti həbs təhlükəsi üzündən "Arsenal"ı tərk edir?
6 iyul 2025 , 11:02
“Bavariya”da ağır itki - Futbolçunun ayağı sındı
5 iyul 2025 , 21:39
Klublararası dünya çempionatında ən çox qazanan klublar
5 iyul 2025 , 17:41
Avropanın 5 liqasına futbolçu hazırlayan ən yaxşı akademiyalar
5 iyul 2025 , 16:12
Yenidən futboldan həzz almaq istəyirəm: Poqba ambisiyalarını AÇIQLADI
5 iyul 2025 , 11:54
Boksçu böyük qalmaqalla üzləşdi: oranqutanı elektron siqaret çəkməyə məcbur etdi
5 iyul 2025 , 10:11