Mourinyonun 150 oyundan sonra ilk məğlubiyyəti
0
0
Bunlar Portuqaliyanın “Portu”, İngiltərənin “Çelsi”, İtaliyanın “İnter” və İspaniyanın “Real Madrid” klublarıdır. İndiyədək bu komandalar heç vaxt Mourinyonun başçılığı altında öz ölkələrinin çempionatlarında doğma meydançalarındakı oyunda uduzmayıblar. Sonuncu dəfə 2002-ci ilin fevralında “Portu” “ev”ində yenilib. Həmin tarixdən indiyədək Mourinyonun komandaları doğma meydanda düz 150 oyuna çıxıblar və heç birində məğlub olmayıblar. Lakin İspaniya çempionatında “Real Madrid”in baş məşqçisi qismində 151-ci ev oyununda məşhur mütəxəssis “Santyaqo Bernabeu”da “Sportinq”ə yenilib – 0:1. Bu məğlubiyyət “kral klubu”nun İspaniya çempionatında çempionluq perspektivinə kölgə salıb. Çempionatın sonuna 8 tur qalmış “Real Madrid” lider “Barselona”dan 8 xal geridə qalır.
Mourinyo da “Real Madrid”in çempionluq şanslarının tükəndiyi fikri ilə razılaşıb: “Riyazi baxımdan çempionluq hələ əldən getməyib. Amma obyektivliyə qalsa, xal fərqi 8-ə çatanda onu aradan qaldırmaq çətin olur. Uğur futbolun bir hissəsidir. Rəqiblərimizin bəxti çox gətirdi. Bizimki isə yox”.