Çempionlar Liqası: Mourinyonun klublarından darmadağın
Lent.az-ın məlumatına görə, birinci oyun günündə nəzərlər İspaniya və İtaliyaya yönəlib.
Turnirin 9 qat qalibi “Real Madrid” İspaniyada İngiltərə “Tottenhem”ini, kubokun son sahibi “İnter” isə İtaliyada Almaniya “Şalke 04”ünü qəbul edib. Hər iki qarşılaşmada böyük hesablı nəticə qeydə alınıb. Lakin portuqaliyalı baş məşqçi Joze Mourinyonun hazırkı klubu 4 cavabsız qolla qalib gəldiyi halda, onun sabiq komandası darmadağın olub.
Həm “Tottenhem”, həm də “İnter” görüşü 10 futbolçu ilə başa vurmalı olub. Böyük hesabla uduzan İngiltərə və İtaliya təmsilçiləri yarımfinala vəsiqə şanslarını xeyli azaldıblar. “Real Madrid”lə “Şalke 04” isə aprelin 13-də baş tutacaq cavab görüşlərini formallığa çeviriblər.
“Real Madrid” (İspaniya) – “Tottenhem” (İngiltərə) – 4:0
Emmanuel Adebayor, 4; 57. Anxel Di Mariya, 72. Kriştianu Ronaldu, 87
“İnter” (İtaliya) – “Şalke 04” (Almaniya) – 2:5
Deyan Stankoviç, 1. Joel Matip, 17. Qabriel Milito, 34. Edu, 40. Raul, 53. Andrea Ranokkiya, 57-avt. Edu, 75.
Aprelin 6-da ¼ final mərhələsi çərçivəsində “Çelsi” (İngiltərə) – “Mançester Yunayted” (İngiltərə) və “Barselona” (İspaniya) – “Şaxtyor” (Ukrayna) görüşləri də keçiriləcək.

Oxşar yazılar

Con Duran "Fənərbaxça"da!
6 iyul 2025 , 22:30
Parti həbs təhlükəsi üzündən "Arsenal"ı tərk edir?
6 iyul 2025 , 11:02
“Bavariya”da ağır itki - Futbolçunun ayağı sındı
5 iyul 2025 , 21:39
Klublararası dünya çempionatında ən çox qazanan klublar
5 iyul 2025 , 17:41
Avropanın 5 liqasına futbolçu hazırlayan ən yaxşı akademiyalar
5 iyul 2025 , 16:12
Yenidən futboldan həzz almaq istəyirəm: Poqba ambisiyalarını AÇIQLADI
5 iyul 2025 , 11:54
Boksçu böyük qalmaqalla üzləşdi: oranqutanı elektron siqaret çəkməyə məcbur etdi
5 iyul 2025 , 10:11