“Everton” “Neftçi”yə Araz Abdullayevin transfer haqqını köçürüb
Bu barədə Lent.az-a flaqmanın prezidenti Sadıq Sadıqov məlumat verib. Onun sözlərinə görə, bu transferlə bağlı “Everton”dan “Neftçi”yə maliyyə vəsaiti də köçürülüb, heç bir problem yoxdur. Lakin Sadıqovun fikrincə, Böyük Britaniyaya işçi vizasını ala bilməsi üçün Abdullayevin Azərbaycan millisində oynaması çox vacibdir: “Araz heç olmasa, 10-15 dəqiqə müddətinə yığmanın oyununa buraxılmalıdır. Belçika ilə son görüşdə onun da oynayacağını gözləyirdik. Amma nə isə alınmadı”.
Abdullayevin yayadək “Neftçi”də icarədə olduğunu xatırladan klub prezidenti futbolçunun artıq “Everton”a məxsusluğunu diqqətə çatdırıb: “İngiltərə klubu ilə ikitərəfli müqaviləmiz var. “Everton” Arazı bizdən alıb və bizə 6 aylıq icarəyə verib. Futbolçunun icarə müddəti başa çatdıqdan sonra yüz faiz “Everton”un düşərgəsinə gedəcək. Amma İngiltərə klubunun onu hansı mövqedə və ya hansı komandasında oynadacağını deyə bilmərəm”.

Oxşar yazılar

Con Duran "Fənərbaxça"da!
6 iyul 2025 , 22:30
Parti həbs təhlükəsi üzündən "Arsenal"ı tərk edir?
6 iyul 2025 , 11:02
“Bavariya”da ağır itki - Futbolçunun ayağı sındı
5 iyul 2025 , 21:39
Klublararası dünya çempionatında ən çox qazanan klublar
5 iyul 2025 , 17:41
Avropanın 5 liqasına futbolçu hazırlayan ən yaxşı akademiyalar
5 iyul 2025 , 16:12
Yenidən futboldan həzz almaq istəyirəm: Poqba ambisiyalarını AÇIQLADI
5 iyul 2025 , 11:54
Boksçu böyük qalmaqalla üzləşdi: oranqutanı elektron siqaret çəkməyə məcbur etdi
5 iyul 2025 , 10:11