Dağıstandan 4 bürünc medalla
18 iyul 2011 12:25 (UTC +04:00)

Dağıstandan 4 bürünc medalla

0
Rusiyanın Mahaçqala şəhərində keçirilən Məhəmməd-Salam Umaxanovun xatirəsinə həsr olunmuş ənənəvi boks turnirində Azərbaycan yığması 4 bürünc medal qazanıb. Lent.az-ın məlumatına görə, yığmamızın 4 üzvü – Məhəmməd Abdulhəmidov, Soltan Migitinov, Abdulqadir Abdullayev və Məhəmmədrəsul Məcidov finalın bir addımlığında büdrəyiblər.

52 kq çəki dərəcəsində mübarizə aparan Abdulhəmidov yarımfinalda rusiyalı Yevgeni Yermakovla üz-üzə gəlib. Bərabər mübarizə şəraitində keçən döyüş 3:3 hesabı ilə başa çatsa da, hakimlər qələbəni rəqibə veriblər.

London Olimpiadasına vəsiqə qazanan Soltan Migitinov (75 kq) zədələndiyindən Xaybula Musalovla görüşü sonadək davam etdirə bilməyib.

91 kq çəki dərəcəsində yarışan Abdullayevin rusiyalı dünya və Avropa çempionu Artur Beterbiyevə ciddi müqavimət göstərə bilməyəcəyi öncədən bəlli idi. Proqnozlar özünü doğruldub. 11:3 hesabı ilə qalib gələn Beterbiyev finala vəsiqə qazanıb.

Məhəmmədrəsul Məcidov (+91 kq) da yarımfinalda məğlub olaraq, bürünc medalla kifayətlənib. Boksçumuz Rusiya komandasının üzvü Arslanbek Mahmudova 4:8 hesabı ilə uduzub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1134

Oxşar yazılar