Toni Adams: “Azərbaycan klubları nəticə haqda düşünür” - MÜSAHİBƏ
0
0
“Qəbələ” futbol komandasının baş məşqçisi Toni Adams jurnalistlərə müsahibə verib. İngiltərəli mütəxəssis Lent.az-ın suallarını da cavablandırıb.
- Yeni mövsümə hazırlığınız necə keçdi?
- Azərbaycandakı hazırlığı da nəzərə alsaq, artıq 6 həftədir ki, hazırlığa başlamışıq. Bunun ilk 2 həftəsini Qəbələdə keçirdik. Sonra isə İngiltərəyə yollandıq. Ötən illə müqayisədə bu il daha çox yoxlama matçına çıxdıq. 5 qarşılaşmada hər bir futbolçu hardasa 3,5 matçlıq oynadı. Komandamızdan milliyə 6 futbolçu çağırılıb. Artıq rahat şəkildə çempionata başlamağa hazırıq.
- “Qəbələ” Unibank Premyer Liqasına hazırdır?
- İngiltərə ilə Azərbaycan arasında 4 saatlıq fərq var. Bu, futbolçularda adaptasiya sarıdan problemlər yaradır. Biz iyulun 28-də gecə saatlarında Qəbələyə çatmışıq. “Jalə” Beynəlxalq turnirindən sonra futbolçulara özlərini bərpa etmək üçün 2 gün vaxt verəcəyik.
- Yeni mövsümdə komandanızın qarşısına qoyulan məqsəd nədir və bu məqsədə çatmaq üçün potensial hansı səviyyədədir?
- Bu il heyətimiz lap istədiyimiz səviyyədə olmadı ki, çempionluq uğrunda mübarizə aparaq. Çünki istədiyim qədər alternativ oyunçu ala bilmədik. Lakin fikrimcə, Avropa Liqasına vəsiqə uğrunda mübarizə apara bilərik.
- “Qəbələ”də milli komanda üzvlərinin sayı çoxalıb. Yığmamız isə tez-tez təlim-məşq toplantıları keçirir. Növbəti toplanış 1 – 4 avqustda Bakıda olacaq. Belə hazırlıq prosesləri gələcəkdə komandanıza problem yaratmayacaq?
- Biz bunların hamısını nəzərə alırıq. Məsələn, Qəbələdə 30 – 31 iyulda keçirilən “Jalə” turnirinə başqa cür hazırlaşdıq. Gürcüstan “Dila”sı ilə ilk oyunumuzda əsas heyət üzvlərinə istirahət verdik. Çünki İngiltərədəki ağır təlim-məşq toplantısından sonra onların millinin düşərgəsinə hazırlıq keçəcəklərini də nəzərə aldıq. Belə dəvətləri gələcəkdə də gözləyirik və bunları yenə nəzərə alacağam.
- Yeri gəlmişkən, yeni mövsüm ərəfəsində “Jalə” turnirində sonuncu yeri tutmağınıza təəssüflənmədiniz?
- İngiltərədəki ağır təlim-məşq toplantısından qayıtdıqdan sonra Gürcüstanın “Dila” (Qori) komandası ilə ilk görüşdə əsas heyəti meydançaya buraxa bilməzdim. Bununla belə, həmin görüşün ikinci hissəsində rəqibdən yaxşı təsir bağışladıq. Heyətdəkilərin çoxu “Qəbələ” futbol akademiyasının yetirmələrini və baxışda olan gənc futbolçular idilər. Onlara da ehtiyacımız var. Gürcüstanın daha bir təmsilçisi “Spartak” (Tsxinvali) ilə 3-cü yer uğrunda görüşdə isə rəqibdən daha yaxşı oynadıq. Düzdür, 0:1 hesabı ilə uduzduq, lakin mən hələ nəticə haqda düşünmürəm. Oyunumuz məni qane etdi.
- Gürcüstan komandalarının futbolçularından bəyəndiyiniz oldu?
- Müdafiədəki ucaboy futbolçu və qapımızdan qol keçirən Rezo Çikiya xoşuma gəlsə də, əlimdəki heyətdən razıyam. Avqustun 1-də bir oyunçu düşərgəmizə qoşulmalıdır. Ola bilsin, daha bir oyunçu ilə müqavilə bağlayacağıq. Yeni transferlərimiz, xüsusən, Mahir Şükürov, Dodo və Viktor Mendinin potensiallarını görmüşəm, razıyam və zədələnməsələr, bizə faydalı olacaqlarını düşünürəm.
- Yeni gələcək oyunçu dedikdə, London toplanışında baxışda olan qapıçı Qrem Smiti nəzərdə tutursunuz?
- Xeyr. Düzdür, ondan razıyam. İstərdim ki, burada olsun. Lakin Smitlə razılıq əldə edilmədi. Onsuz da qapıçılarımızdan razıyam. Pavel Doroşev “1 nömrə”di. Ötən mövsümün sonlarında transfer etdiyimiz Anar Nəzirov da özünü yaxşı tərəfdən göstərdi. Hələ ötən mövsüm “Gəncə” ilə səfər oyununda Doroşev qırmızı vərəqə alandan sonra meydançaya çıxan Elmar Kərimov da yaxşı oynadı. Yəni, qapıçı sarıdan problemim yoxdur.
- Düşünmürsünüz ki, pleymekerə ehtiyacınız var? Çünki yarımmüdafiənin mərkəzində oyun qurucusu yox, dağıdıcı funksiyalar yerinə yetirən futbolçularınız çıxış edir...
- Yoxlama matçlarında 8 qol vurub, 9 qol buraxdıq. Qol vurmağımız yaxşıdır. Amma ötən mövsümlə müqayisədə qapımızdan çox top buraxdıq. Düşünürəm ki, bu il Viktor bəlkə də ən yaxşı bombardir olacaq. Dodo yarımmüdafiəçi olsa da, qollar vuracaq. Ona görə də qarşıdakı mövsümdə sizi böyük sürprizlər gözləyir.
- Mahir Şükürovla rəsmi müqavilə bağladığınız vaxt onu müdafiənin sağ cinahında oynadacağınızı demişdiniz. Lakin İngiltərədə “Luton Taun” və “Jalə” Kubokunda “Spartak”la görüşlərdə Şükürova sağ cinah yarımmüdafiəçisi mövqeyində şans verdiniz. Bu, sağ cinah müdafiəçisi mövqeyinə Vurğun Hüseynovun transferi ilə bağlı deyildi?
- Şükürov sağ cinah müdafiəçisi olsa da, yarımmüdafiədə də yaxşı təsir bağışlayır. Hətta millinin oyunlarında da həmin mövqedə çıxış edib. Amma mən heyətdə balans yaratmaq istəyirəm. Vurğun da, Mahir də oynamalıdır. Nə vaxtsa, yarımmüdafiənin sağına hücumameylli futbolçu tapsam, Mahirin yerini dəyişərək müdafiənin sağına qaytaracağam. O, həm müdafiənin, həm də yarımmüdafiənin sağında yaxşı təsir bağışlayır. Vurğun da müdafiənin sağında və mərkəzində yaxşı oynayır. Mən ondan razıyam. Şükürov ilk “11-liy”in futbolçusudur. Təbii ki, onun kapitan olduğunu da nəzərə alırıq. Lakin bir gecəyə hər şeyi dəyişmək olmaz. Ötən mövsümlə müqayisədə heyətimizə yeni, güclü futbolçular gəliblər. Gələn mövsüm bundan da güclü transferlərimiz olacaq.
- Unibank Premyer Liqasının ilk turunda ötən mövsüm “Qəbələ”ni həm ilk “6-lıq”dan, həm də NBC Bank Azərbaycan Kubokunun yarımfinalından kənarda qoyan “Bakı” ilə üz-üzə gələcəksiniz. Belə prinsipial rəqiblə oyun və ümumiyyətlə, təqvim haqda nə deyə bilərsiniz?
- Püşk haqda nə deyə bilərəm? Bu seçim mənə məxsus deyil. Kim düşübsə, onunla da oynamalıyıq. Konkret, ilk tura gəldikdə, “Bakı”nın gücləndiyini bilirəm. Fikrimcə, Avropa kuboklarına düşə bilməyən rəqibimiz bu mövsüm ora düşmək uğrunda mübarizə aparacaq. Bizi çox çətin oyun gözləyir. Düzdür, “Bakı” ilə yeni meydançamızda oynamaq istəyirdik. Lakin hələ keçid dövrü gedir. Fikir vermişəm, Azərbaycanda bütün klublar nəticə haqda fikirləşir. Lakin istərdim ki, bütün klublarımızda bu cür meydançalar, infrastruktur, şərait yaradılsın.
- Mövsümə hazırlıq başlayarkən, Qəbələyə gəlmədiniz və komandanı Londonda qarşıladınız. Səmimi cavab verə bilərsinizmi ki, bu, İngiltərə “Arsenal”ında birgə oynadığınız Dennis Berqkamp kimi təyyarəyə minməkdən qorxmağınızla bağlıdır?
- Təyyarə ilə bağlı heç bir problemim yoxdur. Mən hətta bəzi futbolçularla şəxsən görüşmüşəm. Sadəcə, işim çoxdur. Baş məşqçi kimi transferlərlə məşğul olur, agentlərlə danışıram. Həqiqətən də işimin çoxluğundan, Londonda qalmağa məcbur oldum. Amma köməkçilərim Qari Stivenslə Fatih Kavlaka etibar edirəm. Onlar komandanı doğrudan da yaxşı hazırlayıblar. Həm də mayda Avropa Azərbaycanlıları Cəmiyyətində Azərbaycan haqda çıxışım oldu. Futbolunuz, Qəbələ barədə həmyerlilərimə məlumat verdim. Bu müddətdə Azərbaycanda olmamağım sırf bununla bağlı idi.
- Azərbaycanın “İnter” klubu İngiltərə Premyer Liqasına yenicə yüksələn “Suonsi Siti” ilə yoxlama oyunu keçirib. Amma “Qəbələ” İngiltərədə olduğu halda aşağı liqa təmsilçiləri ilə görüşdü. Komandanızın real gücünü görmək üçün daha güclü, heç olmasa, İngiltərənin I və ya II divizion təmsilçiləri ilə oynamaq olmazdı?
- “İnter”in 3:1 hesabı ilə qalib gəlməsindən xəbərim var. Lakin “Suonsi Siti”nin əsas heyətinin oynayıb-oynamadığını bilmək olmaz. Qarşılaşdığımız rəqiblərin hamısı yaxşı oyun göstərdi.
- Yəni, təlim-məşq toplantısında qarşılaşdığınız komandalardan narazı deyilsiniz...
- Xeyr. Adətən, hazırlıq proseslərində oynayanda rəqibin hansı futbolçuları göndərdiyini bilmirsən. Ola bilər ki, ikinci, lap elə 19 yaşlılardan ibarət komandasını meydançaya buraxsın. Lakin fakt odur ki, seçdiyimiz komandaların hamısının səviyyəsini bilirdim. Bizimlə 5 oyunun hamısı həqiqətən də yüksək tempdə keçdi.
- Komandanız yoxlama görüşlərində ingilis komandaları kimi başla qollar vurdu. Bu, Sizi sevindirdi? Demək olarmı ki, “Qəbələ” yeni mövsümdə atletik futbola üstünlük verəcək?
- “Luton Taun”la görüşdə çox gözəl qollar vurduq. Qaldı ki komandanda Lübo Baranin kimi aut atan futbolçun varsa, mütləq hava ötürmələrindən faydalanmalısan.
Elşən MƏMMƏDOV