Rəşad Sadiqov “Qarabağ”la məşqlərə başladı
0
0
Lent.az-ın Ağdam təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Qurban Qurbanovun komandası Bakıya döndükdən sonra ilk məşqinə iyulun 31-də çıxıb. Suraxanı qəsəbə stadionunda baş tutan çalışma 90 dəqiqə davam edib. Dizindən zədələnərək sıradan çıxan Vüqar Nadirov hazırlıq prosesində iştirak etməyib. Onun ayyarımadək oynamayacağı bildirilir. Əvəzində təxminən 3 həftədir, oynamayan Tural İsgəndərov kollektivlə məşqlərə qatılıb. Rəşad Sadiqov da çalışmalarda iştirak edib. Kapitan qardaşının vaxtsız vəfatı ilə əlaqədar “Brügge” ilə ilk görüşü buraxmalı olmuşdu. 28 yaşlı yarımmüdafiəçi artıq komandasının düşərgəsinə qoşulub.
Qeyd edək ki, avqustun 4-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Brügge” matçı saat 21:00-da başlanacaq.
Qeyd edək ki, avqustun 4-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Brügge” matçı saat 21:00-da başlanacaq.
0
0