“Xəzər Lənkəran”dan kənarlaşdırılan legionerlər müəyyənləşdi
01 avqust 2011 16:54 (UTC +04:00)

“Xəzər Lənkəran”dan kənarlaşdırılan legionerlər müəyyənləşdi

0
Bu haqda Lent.az-a klubun icraçı direktoru Höccət Hacıyev məlumat verib. Hacıyevin sözlərinə görə, həmin futbolçular Rikardo Vilana Qomeş, Marius Onofraş, Çaba Borbeli və Veldin Muharemoviçdir. Oliveyra Eder Bonfim və Joao Pinto Ribeyro Pauloya gəldikdə, onların hər ikisinin heyətdə qalacağı və ya aralarında seçim ediləcəyi gözlənilir. Klub rəsmisi eyni zamanda Konstantin Arbanasın da heyətdən kənarlaşdırıldığını açıqlayıb.


Qeyd edək ki, “Xəzər Lənkəran” hazırda Bakıdan Lənkərana qayıdır. Onlar saat 19:30-da Lənkəran şəhər mərkəzi stadionunda məşqə çıxacaqlar.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 682

Oxşar yazılar