“Mövsümə “Qarabağ” üzərində qələbə ilə başlamaq istəyirik”
0
0
Lent.az-ın məlumatına görə, hücumçu yığmadakı oyunları və "Neftçi"dəki planları barədə fikirlərini klubun rəsmi saytına bildirib. O, millidə 2 qol vurduğu üçün qürur hissi keçirdiyini söyləyib. Lakin Nasimovun fikrincə, əsas məsələ qol vurmağı deyil, komandanın qələbəsidir: “Qırğızıstan səddini keçərək, dünya çempionatının seçmə mərhələsinin qrupuna vəsiqə qazandıq. Hazırda çox yüksək əhval-ruhiyyədəyəm. İndi yığmada da daim əsas heyətdə yer almaq üçün çalışacağam. Oyunlardan sonra 2 gün dincəlmişəm, yorğunluğum çıxıb. Bu gündən “Neftçi”nin məşqlərində iştirak edəcəyəm. “Qarabağ”la oyuna ciddi hazırlaşırıq. Mövsümə qələbə ilə başlamaq niyyətindəyik. İnşallah, buna nail olacağıq”.
0
0