“Azərbaycan - Makedoniya matçı hər iki komanda üçün çətin keçəcək”
0
0
Lent.az-ın məlumatına görə, “Neftçi”nin makedoniyalı futbolçuları - İqor Mitreski və Slavço Georgievski də bu oyuna dəvət olunublar. Lakin Georgievskidən fərqli olaraq, Mitreski zədə üzündən yığmamızla görüşdə meydançaya çıxa bilməyəcək. Təcrübəli müdafiəçi bununla bağlı fikirlərini klubun rəsmi saytına bildirib: “Zədəm sağalmaq üzrədir. Fikrimcə, bir neçə gündən sonra komanda ilə məşqlərə qoşula biləcəyəm. Hazırda yalnız fərdi məşqlərlə kifayətlənirəm. Makedoniya milli komandasına dəvət olunsam da, təəssüf ki, zədə üzündən meydana çıxa bilməyəcəyəm. Məncə, Azərbaycan - Makedoniya matçı hər iki komanda üçün çətin keçəcək. Bununla belə, azarkeşlərin maraqlı oyunun şahidi olacaqlarına inanıram”.
Qeyd edək ki, Bakının Mərdəkan qəsəbəsindəki “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Makedoniya matçı saat 20:00-da başlanacaq.
Qeyd edək ki, Bakının Mərdəkan qəsəbəsindəki “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Makedoniya matçı saat 20:00-da başlanacaq.
0
0