Azərbaycan yığması London olimpiadasının keçiriləcəyi məkanda
0
0
Lent.az-ın məlumatına görə, yarışda Azərbaycan 3 idmançı ilə təmsil olunacaq. 1 nəfərlik qayıqla 2000 metr məsafəyə yürüşlərə Boris Yotov qatılacaq. Yotov 25-26 iyunda Polşanın Kruşvitsa şəhərində keçirilmiş Avropa çempionatında gümüş medal qazanıb. Cəmi 16 yaşının olmasına baxmayaraq, o, dünya çempionatında da çıxış etdiyi qayıq tipində əsas favoritlərdən sayılır. 2 nəfərlik qoşa avarlı qayıqla eyni məsafəyə yürüşlərdə isə Qardaşxan Hüseynli – Kamal Xanlarov dueti mübarizə aparacaq. Onlar ilk dəfə belə nüfuzlu yarışda çıxış edəcəklər. Bununla belə, Hüseynli – Xanlarov cütlüyü çempionat öncəsi müxtəlif beynəlxalq reqatalarda çıxış edərək, mükafatçılar sırasına düşməyi bacarıb. Hər üç təmsilçimizin 24 rəqibi olacaq. Çempionata avqustun 7-də yekun vurulacaq.
Qeyd edək ki, yeniyetmələr arasında dünya çempionatı Böyük Britaniyanın paytaxtı Londondan təqribən 35 km aralıdakı Dorney gölündə yerləşən Eton Dorney Avarçəkmə Mərkəzində təşkil olunacaq. Həmin idman qurğusunda 2012-ci il London Yay Olimpiya Oyunları zamanı akademik avarçəkmə, kayak və kanoe növlərində yürüşlər keçiriləcək.