Lent.az-ın məlumatına görə, ikiqat ölkə çempionu və kubokun sahibi hələlik 22 oyunçunun adını göstərib.
Onlardan yarısı yerli, yarısı əcnəbidir. Legionerlərdən hərəyə 2-si latviyalı, xorvatiyalı və moldovalı, qalanları litvall, serbiyalı, seneqallı, sierra-leoneli və kosta-rikalıdırlar. Sifariş ərizəsində 3 qapıçı, 9 müdafiəçi, 7 yarımmüdafiəçi, 3 hücumçu göstərilib. Ən yaşlı futbolçu kimi Vadim Borets (1976), ən gənc oyunçular qismində isə Rəhman Hacıyev və Nurlan Novruzovun (hər ikisi 1993) adları qeyd olunub.
Qeyd edək ki, “transfer pəncərəsi” avqustun 31-də bağlanacaq. Həmin tarixədək klublarımızın heyətinə yeni oyunçular da cəlb oluna bilər. Bu baxımdan, “Bakı”nın təqdim etdiyi siyahını ilkin sifariş ərizəsi də adlandırmaq olar.
№ | Adı, soyadı | Təvəllüdü | Ampluası | Vətəndaşlıq | № |
1 | Marko Şarliya | 31.01.1982 | qapıçı | Xorvatiya | 1 |
2 | Aqil Məmmədov | 01.05.1989 | qapıçı | Azərbaycan | 16 |
3 | Xalidu Sissoko | 28.08.1978 | qapıçı | Seneqal | 23 |
4 | Deniss İvanovs | 11.01.1984 | müdafiəçi | Latviya | 3 |
5 | Stevan Bates | 29.11.1981 | müdafiəçi | Serbiya | 5 |
6 | Elvin Əliyev | 21.08.1984 | müdafiəçi | Azərbaycan | 14 |
7 | Cəmşid Məhərrəmov | 03.10.1983 | müdafiəçi | Azərbaycan | 15 |
8 | Emin Cəfərquliyev | 17.06.1990 | müdafiəçi | Azərbaycan | 17 |
9 | Novruz Məmmədov | 20.03.1990 | müdafiəçi | Azərbaycan | 21 |
10 | Şəhriyar Əliyev | 25.12.1992 | müdafiəçi | Azərbaycan | 25 |
11 | Əziz Quliyev | 02.05.1987 | müdafiəçi | Azərbaycan | 29 |
12 | Aleksey Savinov | 19.04.1979 | müdafiəçi | Moldova | 32 |
13 | Vadim Borets | 05.09.1976 | yarımmüdafiəçi | Moldova | 4 |
14 | İbrahim Karqbo | 10.04.1982 | yarımmüdafiəçi | Sierra Leone | 6 |
15 | Deividas Çesnauskis | 30.06.1981 | yarımmüdafiəçi | Litva | 7 |
16 | Elvin Məmmədov | 18.07.1988 | yarımmüdafiəçi | Azərbaycan | 11 |
17 | Fabio Luis Ramin | 10.04.1981 | yarımmüdafiəçi | Azərbaycan | 20 |
18 | Aleksandar Soliç | 29.01.1983 | yarımmüdafiəçi | Xorvatiya | 77 |
19 | Rəhman Hacıyev | 25.07.1993 | yarımmüdafiəçi | Azərbaycan | 99 |
20 | Maris Verpakovskis | 15.10.1979 | hücumçu | Latviya | 9 |
21 | Nurlan Novruzov | 03.03.1993 | hücumçu | Azərbaycan | 19 |
22 | Vinston Parks | 12.10.1981 | hücumçu | Kosta-Rika | 36 |
Baş məşqçi: Aleksandrs Starkovs | |||||