Əmrə Belözlu və Sinan Engin sərbəst buraxıldılar
02 avqust 2011 18:43 (UTC +04:00)

Əmrə Belözlu və Sinan Engin sərbəst buraxıldılar

0
Lent.az-ın məlumatına görə, “Beşiktaş”ın sabiq rəsmisi, hazırda televiziya şərhçisi kimi çalışan Sinan Engin də sərbəst buraxılıb. Əmrə jurnalistlərə açıqlamasında deyib: “Ədliyyədə bizdən məlumat aldılar. Burada bizimlə yaxşı davrandılar, bizə yaxın davranan hər kəsə minnətdaram. Bizi sərbəst buraxdılar. Bundan sonra da söyləyəsi bir şey yoxdur. Prosesləri təqib edəcəyik. Yetərincə yorğunam. İçəridə hər şeyi söylədim”.


Engin isə hazırda həbsdə olan “Fənərbağça”nın prezidenti Aziz Yıldırımla telefon danışıqlarının dinlənildiyini söyləyib. Onun sözlərinə görə, ədliyyəyə çağırılmasının bir səbəbi də məhz bununla bağlı olub. Sabiq klub rəsmisi prezidentlə danışığının danışılmış oyunlarla bağlı olmadığını da vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 637

Oxşar yazılar