Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti “Neftçi”də
0
0
Cabbarov Lent.az-a açıqlamasında 2007-ci ilin fevralından federasiya rəsmisi kimi çalışdığını bildirib. O, “Neftçi”də yerinə yetirəcəyi funksiyalara yaxın vaxtlarda tam aydınlıq gələcəyini söyləyib. Yeni direktor komandaya bütün cavabdehliyi özünün daşıyacağını deyib: “Mən kollektivdə nizam-intizama nəzarət etməklə, baş məşqçiyə yardımçı olacağam. Lakin bu, o demək deyil ki, indiyədək kollektiv daxilində intizam sarıdan problemlər olub. “Neftçi” bir ailə kimidir. Burada nizam-intizam sarıdan problem ola bilməz. Burada əvvəllər hüquq məsləhətçisi kimi çalışdığımdan futbolçular məni tanıyırlar və xətrimi əziz tuturlar”.
Güloğlan Cabbarov direktor vəzifəsinə təyinatından sonra “Neftçi”nin vitse-prezidenti Tahir Süleymanovun istefaya göndəriləcəyi ehtimallarını təkzib edib. Onun sözlərinə görə, Süleymanov klubdakı fəaliyyətini davam etdirməkdədir. Cabbarov yeni təyinatla əlaqədar federasiyadakı işindən ayrılmayacağını da diqqətə çatdırıb.
Elşən MƏMMƏDOV