Serbiya yığmasının yarımmüdafiəçisi “Qəbələ”də
0
0
Klubun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Serbiya yığmasının yarımmüdafiəçisi Veseliko Truvunoviçlə bir illik müqavilə imzalanıb. 31 yaşlı futbolçu karyerasına Serbiyanın “Loznitsa” klubunda başlayıb. Daha sonra “Yedinstvo”, “Radniçki”, “Mladost” və “Voyvodina” klublarında top qovub. Truvunoviçin son klubu isə OFK (Belqrad) olub. O, sözügedən komandada son iki mövsümdə top qovub. Millinin heyətində 5 matça çıxan Veseliko ilk dəfə 17 noyabr 2010-cu ildə Bolqarıstan yığmasına qarşı forma geyib. Truvunoviç avqustun 10-da Rusiya millisinə qarşı baş tutacaq yoldaşlıq oyununa da dəvət alıb.
0
0