Unibank Premyer Liqası: Gəncədən Zaqatalaya
03 avqust 2011 13:17 (UTC +04:00)

Unibank Premyer Liqası: Gəncədən Zaqatalaya

0
Lent.az-ın məlumatına görə, Peşəkar Futbol Liqası I turun ilk oyununun avqustun 6-da saat 18:00-da Azərbaycanın ikinci ən böyük şəhərində başlamasına qərar verib. Həmin vaxt “Kəpəz” Gəncə şəhər stadionunda Premyer Liqanın debütantı “Rəvan”ı qəbul edəcək. İlk oyun günündə baş tutacaq daha 2 görüş Bakıda və Lənkəranda olacaq. Qalan qarşılaşmalar isə ertəsi gün Qəbələ və Zaqatalada oynanılacaq.


6 avqust (şənbə)

18:00. “Kəpəz” (Gəncə) – “Rəvan” (Bakı)
Gəncə şəhər stadionu.

20:00. “Xəzər Lənkəran” – “Sumqayıt Şəhər”
Lənkəran şəhər mərkəzi stadionu.

20:00. “İnter” (Bakı) – “Turan” (Tovuz)
“Şəfa” stadionu.

7 avqust (bazar)

18:00. “Qəbələ” – “Bakı”
Qəbələ şəhər stadionu.

20:00. “Simurq” (Zaqatala) – AZAL (Bakı)
Zaqatala şəhər stadionu.

Qeyd edək ki, ilk turun “Neftçi” – Qarabağ” matçı təxirə salınıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 698

Oxşar yazılar