Blatter çimərlik futbolunu olimpiada proqramına saldırır
03 avqust 2011 16:04 (UTC +04:00)

Blatter çimərlik futbolunu olimpiada proqramına saldırır

0
FİFA prezidenti Yozef Blatter çimərlik futbolunun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının proqramına salınması istiqamətində lobbiçilik fəaliyyətinə hazırdır.


Lent.az-ın məlumatına görə, bu haqda Blatterin özü “Globo” media-holdinqinə müsahibəsində bildirib. Ayrıca idman növü kimi olimpiada proqramına düşmək üçün müvafiq Yay Olimpiya Oyunlarına ən azı 7 il qalmış Beynəlxalq Olimpiya Komitəsi (İOC) Konqresinin dəstəyini almaq lazımdır. Lakin Blatter belə imkanın 2016-cı il olimpiadası zamanı da mümkünlüyünü söyləyib. FİFA prezidentinin fikrincə, bu, futbolun müxtəlifnövlülüyü fonunda baş tuta bilər. O, 2013-cü ildə Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək İOC-un sessiyasında bu məsələ ilə bağlı səsvermədən müsbət nəticə gözlədiyini vurğulayıb.


FİFA prezidentinin təşəbbüsünə dəstək olaraq, 2016-cı il olimpiadasının Təşkilat Komitəsinin və Braziliya Beynəlxalq Olimpiya Komitəsinin rəhbəri Karlos Nuzman çıxış edib. O bildirib ki, bütün futbol azarkeşləri belə qərardan məmnun olacaqlar, çimərlik futbolu isə Rio-de-Janeyro olimpiadasında əsas diqqətçəkən məqam olacaq.


Qeyd edək ki, çimərlik futbolunun Yay Olimpiya Oyunları proqramına salınması üçün şərtlərdən biri futbolun bu növünü kişilər arasında dünyanın 4 qitəsində ən azı 75 ölkəyə, qadınlar arasında 3 qitədə ən azı 40 ölkəyə yaymağa dair İOC-un mütləq tələbidir. Bu isə o deməkdir ki, Buenos-Ayres sessiyasınadək qalan 2 ildə FİFA qadınlar arasında da müvafiq yarış keçirməlidir. Çimərlik futbolunun indiki inkişaf dinamikasında bu məsələnin həlli tam real görünür.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 603

Oxşar yazılar